Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur
Cəmiyyət
28 okt 2026 | 11:10
Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur
"UNESCO-nun 2026-cı il üzrə Qlobal Monitorinq Hesabatına əsasən, dünyada 73 milyon uşaq və gənc təhsildən kənarda qalır".

Azerimedia.Az xəbər verir ki, "BMT-Qadınlar" qurumunun icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Bilik, səs və liderlik: Ortaq gələcək üçün müxtəlif mədəniyyətlərdə qadın və qızların səlahiyyətləndirilməsi" adlı panel sessiyanın iştirakçılarına videomüraciətində deyib.

O bildirib ki, bu, həqiqətən də, olduqca böyük rəqəmdir:

"Dünya Bankının hesablamalarına görə, qızların təhsilinin tam təmin olunmaması ölkələrə itirilmiş vaxt, məhsuldarlıq və gəlirlər baxımından 15-30 trilyon dollar arasında iqtisadi itkiyə başa gələ bilər.

Çətinliklər yalnız təhsillə məhdudlaşmır. UNICEF-in məlumatına görə, hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur. 2030-cu ilədək uşaq nikahlarına son qoymaq üçün səylərimizi sürətləndirməliyik. Bu, dövrümüzün ən mühüm və davamlı problemlərindən biridir. Əslində, uşaq nikahı uşaqların hüquqlarının pozulması və cinsi istismarı ilə əlaqəli ciddi problemdir və cinayət əməli hesab olunur.

Rəqəmsal bərabərsizlik də bu sahədə ciddi maneələrdən biridir. 2025-ci ildə qadınların 71 faizi, kişilərin isə 77 faizi internetdən istifadə edib. Bu isə internetə çıxışı olan qadınların sayının kişilərlə müqayisədə təxminən 280 milyon nəfər az olması deməkdir".

Nyaradzayi Qumbonzvanda əlavə edib ki, qızların təhsili fundamental məsuliyyətdir:

"Bu sahəyə investisiya qoyuluşu isə ümumi rifahın paylaşılması deməkdir. Bu proses ilk növbədə təhsilə bərabər çıxış imkanlarının təmin edilməsindən başlamalıdır. Bununla yanaşı, qadınların maliyyə resurslarına, peşə bacarıqlarına və digər iqtisadi imkanlara çıxışı, həmçinin iqtisadi qərarların qəbulunda iştirak etmək gücü artırılmalıdır".
Bu gün, 17:39
Paşinyan İranla danışıqlar üçün xüsusi komissiya yaratdı
Bu gün, 17:38
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Bu gün, 17:00
Binə sakinlərinə şad xəbər: Evlər sökülməyə başladı - Video
Bu gün, 16:40
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi
Bu gün, 16:33
Bakıda idarə rəisi vəzifəsindən azad edildi
Bu gün, 16:30
Azərbaycanda ən çox qazandıran kənd təsərrüfatı məhsulları məlum olub
Bu gün, 15:27
Ramiz Mehdiyev AMEA-dan qovuldu
Bu gün, 14:17
Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Bu gün, 14:06
Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur
Bu gün, 13:00
Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı
Bu gün, 12:31
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
Bu gün, 12:26
Sabunçunun keçilməz vəziyyətdə olan küçəsi: Sərnişin avtobusları da çətinliklə hərəkət edirlər - Video
Bu gün, 12:24
Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Bu gün, 11:50
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
Bu gün, 11:10
Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur
Bu gün, 10:53
Kamran Əliyev: "Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır"
Bu gün, 10:35
İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"
Bu gün, 10:30
İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları davam edir
Dünən, 13:50
Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto
Dünən, 13:43
Hərbi vəzifəlilərin təlim toplanışları başa çatdı
Dünən, 13:26
Bakıda yeni park salınır - Foto
Dünən, 13:14
İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat
Dünən, 12:17
İlham Əliyevin sosial şəbəkə hesablarında Dialoq Forumunun açılış mərasimdən paylaşım edilib - Foto
Dünən, 11:50
Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto
Dünən, 11:00
İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"
Dünən, 10:50
Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"