Kamran Əliyev: "Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır"

Azerimedia.Az xəbər verir ki, bu fikirləri baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşündə deyib.
O vurğulayıb ki, qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq antikorrupsiya standartlarına uyğun müasir hüquqi baza formalaşdırıb:
"Azərbaycan Respublikası BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını, BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiya haqqında Mülki Hüquq və Cinayət Hüququ konvensiyalarını ratifikasiya edib və Məkkə Konvensiyasına (İƏT çərçivəsində üzv ölkələr arasında korrupsiyaya qarşı mübarizəni və hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığını tənzimləyən strateji və vahid beynəlxalq hüquqi platformadır) qoşulmağı planlaşdırır. Müvafiq qanunvericiliyin səmərəli icrasını təmin etmək məqsədilə ölkəmizdə məhkəmə və hüquq-mühafizə sistemi islah olunub. Ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq ixtisaslaşmış antikorrupsiya qurumları yaradılıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya milli antikorrupsiya siyasətini müəyyən edən, fəaliyyət planlarının və strategiyaların hazırlanmasını və icrasına nəzarəti həyata keçirən qurumdur".
K.Əliyev əlavə edib ki, Baş Prokurorluğun strukturunda fəaliyyət göstərən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiya cinayətləri üzrə ixtisaslaşmış hüquq-mühafizə orqanıdır:
"İdarə korrupsiya cinayətləri ilə bağlı ibtidai istintaq aparır və əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malikdir. Ölkəmiz korrupsiyaya qarşı mübarizədə yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir. Bu baxımdan, dövlət xidmətlərini "bir pəncərə" prinsipi əsasında vahid və əlaqələndirilmiş şəkildə, şəffaf formada təqdim edən "ASAN xidmət" mərkəzləri dövlət idarəçiliyi sektorunda şəffaflığın təmin olunmasına mühüm töhfə verib. Antikorrupsiya siyasətimizin digər mühüm istiqaməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsidir. Çünki bu sosial bəla ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik".
Bu gün, 17:39
Paşinyan İranla danışıqlar üçün xüsusi komissiya yaratdı
Bu gün, 17:38
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Bu gün, 17:00
Binə sakinlərinə şad xəbər: Evlər sökülməyə başladı - Video
Bu gün, 16:40
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi
Bu gün, 16:33
Bakıda idarə rəisi vəzifəsindən azad edildi
Bu gün, 16:30
Azərbaycanda ən çox qazandıran kənd təsərrüfatı məhsulları məlum olub
Bu gün, 15:27
Ramiz Mehdiyev AMEA-dan qovuldu
Bu gün, 14:17
Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Bu gün, 14:06
Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur
Bu gün, 13:00
Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı
Bu gün, 12:31
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
Bu gün, 12:26
Sabunçunun keçilməz vəziyyətdə olan küçəsi: Sərnişin avtobusları da çətinliklə hərəkət edirlər - Video
Bu gün, 12:24
Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Bu gün, 11:50
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
Bu gün, 11:10
Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur
Bu gün, 10:53
Kamran Əliyev: "Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır"
Bu gün, 10:35
İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"
Bu gün, 10:30
İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları davam edir
Dünən, 13:50
Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto
Dünən, 13:43
Hərbi vəzifəlilərin təlim toplanışları başa çatdı
Dünən, 13:26
Bakıda yeni park salınır - Foto
Dünən, 13:14
İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat
Dünən, 12:17
İlham Əliyevin sosial şəbəkə hesablarında Dialoq Forumunun açılış mərasimdən paylaşım edilib - Foto
Dünən, 11:50
Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto
Dünən, 11:00
İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"
Dünən, 10:50
Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"