Ağıllı sayğaclar elektrik enerjisi istehlakını 30 faizədək azalda bilər
Cəmiyyət
15 mar 2024 | 15:53


Ağıllı elektrik sayğacı, elektrik enerjisi istehlakını məsafədən ölçməklə onun göstəricilərini istehlakçıya və enerji satış şəbəkəsinə ötürən avtomatlaşdırılmış cihazdır. O, istehlakçılara enerji sərfiyyatına dəqiqliklə nəzarət etməyə imkan verir və enerji təchizatı şəbəkəsinin uçot sisteminin dəqiqliyini təmin edir.

“Azərişıq” ASC-nin məlumatı xəbər verir ki, ağıllı sayğaclardan həm əhali, həm də sahibkarlıq subyektləri istifadə edə bilərlər. Ağıllı sayğaclar həm bir fazalı, həm də üç fazalı elektrik şəbəkələrində işləyə bilərlər. Onlar şəbəkə nasazlıqlarını və parametr sapmalarını qeyd edib, borclu şəxsin elektrik enerjisini dayandıraraq, istehlak haqqında ətraflı məlumat toplaya bilərlər. Bu funksionallıq sayəsində istehlakçılar sərf olunan elektrik enerjisinin miqdarını təhlil edə bilərlər.

Ağıllı sayğaclar enerji təchizatı operatorlarına yarımstansiyada və transformator məntəqələrində yaranan problemlərin operativ həlli üçün vacib olan nasazlıqlar, parametrlərdən kənara çıxmaları ötürmək, borclu ödəyicilərin elektrik enerjisini dayandırmaq funksiyasına malikdir. Bu sayğaclar elektrik enerjisi istehlakçılarına verilən enerji resursunun həcmini və keyfiyyətini ətraflı təhlil etməyə imkan verir.

Ağıllı elektrik sayğacları bir sıra üstünlüklərə malikdir, bunlardan biri elektrik istehlakı göstəricilərini əl ilə ötürməyə ehtiyac qalmır. Həmçinin ağıllı sayğac abonentləri məsafədən qoşmaq və ayırmaq, bir neçə tarifi dəstəkləmək, xətdə yaranan problemlərin diaqnostikası və elektrik ustasına zəng etmək zərurəti barədə bildiriş göndərmək kimi bir neçə funksiyanı eyni anda yerinə yetirmək qabiliyyətinə malikdir. Ağıllı sayğaclar aylıq elektrik enerjisi istehlakını 30 faizə qədər azalda bilər.

Beləliklə, ağıllı sayğacların mühüm üstünlüklərindən biri şəbəkədə elektrik enerjisi itkilərinin azaldılmasıdır. Bu sayğacların hesabatları dəqiqlik dərəcəsinə görə seçildiyi üçün elektrik enerjisi itkilərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start