Təchizat Zənciri Liderləri Zirvə toplantısının spikerləri bəlli oldular
“Yeni Dəyər Zənciri” konsepti ilə 13 may 2024-ci il tarixində Gülüstan sarayında 600 nəfərin iştirakı ilə baş tutacaq Təchizat Zənciri Liderləri Zirvə toplantısının spikerləri məlum olublar.
“Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı, “Azərsun Holdinq”in baş sponsorluğu, “Roof Academic Training”in platinum sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi”nin gold sponsorluğu və “Qardaşlar Mebel”, “Bank of Baku”, ”Box Indstruies of Azerbaijan”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə 600 nəfərədək şirkət nümayəndəsinin iştirakı ilə baş tutacaq zirvə toplantısı ölkəmizdə satınalma və təchizat sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə “Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq”, “Təchizat Zəncirinin Strateji İdarəedilməsi”, “Təchizat Zənciri: Gələcəyin Dizaynı” panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.
“Veyseloglu” Şirkətlər Qrupu Mərkəzi Təchizat Direktoru Fərid Qurbanovun moderator olduğu “Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq” panelində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, “Azərbaycan Respublikasının Maliyyə nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sektor müdiri, Elvin Mədətov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucov, Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müşaviri Zahid Əliyev, Daxili İşlər Nazirliyinin (DİN) Maddi - Texniki Təminat Baş İdarəsinin şöbə rəisi Rahid Ələbərova öz təcrübələrini bölüşəcəklər.
“Huner Group”un təsisçi və baş direktoru Ehtiram Quliyevin moderator olduğu “Təchizat Zəncirinin Strateji İdarəedilməsi” panelində “Azərsun” Holdinqin İdarə Heyətinin üzvü Savaş Uzan, “Veyseloglu” Şirkətlər Qrupunun təsisçi və baş direktoru Aydın Talıbov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnkişaf mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov və “Demirören Holding Groups”un CEO-su diqqət edilməli mövzulara toxunacaqlar.
Böyük Britaniyanın “The Chartered Institute of Procurement & Supply” (CIPS) və “The Chartered Institute of Logistics and Transport” (CILT) İnstitutlarının Azərbaycandakı Rəsmi Nümayəndəsi, Proqram Rəhbəri və Eksperti, “Pro Log” şirkətinin Rəhbəri, Layihə Konsultantı Sahilə Həmidovanın moderator olduğu “Təchizat Zənciri: Gələcəyin Dizaynı” panelində Satınalma üzrə qrup rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Natiq Qaraxanov, “Baku City Residences”in layihə üzrə baş icraçı direktoru Vüqar Abbasov, “BP Logistika” və Təchizat Zənciri üzrə Texniki Mühəndis və Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyası Təchizat Zənciri və Logistika fənni üzrə ekspert-müəllim Anar Ağayev, SOCAR-ın Əməliyyat Satınalması və Təchizat Departamentinin rəis müavini Elçin Musayev və “LV Logistics Limited”in regional direktoru Fuad Məmmədovun spikerliyi ilə baş tutacaq.
Təchizat liderləri zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://sclforum.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
“Facebook”: https://www.facebook.com/people/TCchizat-Zenciri-Liderl%C9%99ri-Forumu/
“Instagram”: https://www.instagram.com/tzl.az/
“Linkedln”:https://www.linkedin.com/company/102148371/admin/feed/posts/?feedType=following
“YouTube”:https://www.youtube.com/watch?v=Yv6Urx2OnEg&list=PLNAQ8xBu6-NOLVjDbDSTWPv8G-RkbGSBR&index=28
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
