Şimal bölgəsindən olan çağırışçılara ŞAD XƏBƏR - FOTO
Cəmiyyət
30 apr 2024 | 15:02
İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə pilot layihənin icrasına başlanılır.

6 may 2024-cü il tarixindən etibarən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) tibbi müayinədən keçəcəklər.

Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev razılaşma sənədi imzalayıblar. Layihənin əsas məqsədi tibbi müayinələrin aparılması işinin mərkəzləşdirilməsi və yaxın məsafədə tibbi xidmətin əlçatanlığını, eləcə də vətəndaş məmnunluğunu təmin etməkdir.

Vətəndaşların qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması Quba şəhəri, Fətəli Xan küçəsi 42 ünvanında yerləşən Quba RMX-də həyata keçiriləcək. Bu məqsədlə ayrılan müayinə otaqları bütün lazımi avadanlıqlarla təchiz edilib.

Xəstəxana həftə içi hər gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Tibbi baxış zamanı çağırışçılar cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən müayinə ediləcəklər.

Məlumat üçün bildirək ki, müddətli həqiqi hərbi xidmətə çağırılanların, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət almış vətəndaşların ambulator və ya stasionar tibbi müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ətraflı məlumat üçün agentliyin “1542”, TƏBİB-in “815” və Dövlət Xidmətinin “9100” Çağrı Mərkəzlərinə müraciət etmək olar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.




Bu gün, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Bu gün, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Bu gün, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Bu gün, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Bu gün, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Bu gün, 09:30
AZAL bilet qiymətlərini endirdi
Bu gün, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Dünən, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Dünən, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Dünən, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Dünən, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
23-11-2026, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
23-11-2026, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
23-11-2026, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
23-11-2026, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı