Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci illik ümumi iclası keçiriləcək
Cəmiyyət
30 may 2024 | 10:37
İyunun 11-13-də Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci illik ümumi iclası keçiriləcək. Tədbir "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən təşkil olunacaq.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ekoloji davamlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarların verilməsi, bilik mübadiləsi və məhsuldar dialoqların aparılması məqsədilə hava hərəkətinə nəzarət sənayesinin dünya liderlərinin diqqətini cəlb etmək üçün nəzərdə tutulub. Tədbirdə 100-dən çox ölkədən 350-yə yaxın mülki aviasiya rəhbərlərinin iştirakı gözlənilir.

Qeyd olunub ki, 2005-ci ildən CANSO-nun üzvü olan AZANS MDB və regionun bir çox digər ölkələrindən ilk aeronaviqasiya xidmətləri təminatçısıdır ki, CANSO tərəfindən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və 28-ci illik ümumi iclasa ev sahibliyi etmək üçün seçilib.

"Bu ilin sonlarında dünya liderləri COP29 üçün Bakıda bir araya gələcəklər və beynəlxalq ictimaiyyətin diqqəti bu şəhərə yönələcək. İqlim dəyişikliyi bəşəriyyətin ən aktual problemlərindən biridir və aviasiya karbon emissiyalarının azaldılmasında əsas rol oynayır. Emissiyanın xalis sıfır ("net zero") səviyyəsinə çatdırılması planlanan 2050-ci ilin çox da uzaq olmadığını nəzərə alaraq, aviasiyada bu hədəfə böyük diqqət ayırmaq lazımdır. Məhz bu səbəbdən də bu, AZANS-ın təşkil etdiyi CANSO Ümumdünya Aeronaviqasiya Sammitinin və 28-ci illik ümumi iclasının əsas mövzusu olacaq", - deyə CANSO-nun baş direktoru Saymon Hokkard qeyd edib.

Sammitdə aviasiya sənayesinin liderləri xalis sıfır emissiyalara nail olmaq üsullarına və ekoloji cəhətdən daha təmiz səmanın yaradılmasında texnologiyaların rolunu müzakirə edəcəklər.

"Biz fəxr edirik ki, şəhərimiz yaşıl hava məkanının gələcəyi və xalis sıfır aviasiya hədəflərinə töhfə verən rəqəmsal texnologiyalar ilə bağlı mühüm müzakirələr platformasına çevriləcək. Dayanıqlı aviasiyanın gələcəyinə dair məsuliyyətimizi dərk edərək biz beynəlxalq əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verməyə çalışırıq", - deyə AZANS-ın direktoru Fərxan Quliyev bildirib.

AZANS haqqında

"Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir.

Hazırda AZANS Azərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzit uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xarici aviaşirkətlər üçün daha da cəlbedici edir.

CANSO haqqında

CANSO - Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı - hava məkanının idarəedilməsində qlobal səsdir və onun gələcəyini formalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90 faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, hava məkanı istifadəçiləri və operatorları, aviasiya texnikası istehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünya miqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçün sənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsi məqsədilə bir araya gətirir.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start