Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislərdən biri dəfn edilir - yenilənib
Cəmiyyət
24 iyn 2024 | 13:46
Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərdən biri, polis serjantı Mahir Ağayev dəfn olunur.

Qeyd edək ki, M.Ağayev Binə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.



13:19

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərin dəfn olunacaqları yer bəlli olub.

Polis kapitanı Eldəniz Məmmədov paytaxtın Bakıxanov qəsəbəsində, polis serjantı Mahir Ağayev Binə qəsəbəsində, polis serjantı Mirəli Heydərov Kürdəmir rayonunun Cəyli kəndində dəfn ediləcək.

13:05

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərlə vida mərasimi keçirilib.

Vida mərasimində Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov bu gün torpağa tapşırılacaq.

12:53
Xəzər rayonu Şüvəlan qəsəbəsindəki insidentdə üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyev bir müddət əvvəl Türkiyədən ölkəyə qayıdıb.

Bildirilib ki, onun evində olmasına dair məlumatdan sonra polis əməkdaşları onun mənzilinə gediblər.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.

Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.



12:07

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı insidentdə həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir.

11:25

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.

Hadisə yerindən hazırladığı reportajı təqdim edirik:








11:00

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentdə üç polis əməkdaşını qətlə yetirən 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev axtarışda olub.

Rövşən Allahverdiyevlə bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.

Həmin şəxsin fotosunu təqdim edirik:





10:44

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentlə bağlı bəzi detallar məlum olub.

Cinayətkar, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər.

Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.

10:25

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insident zamanı qətlə yetirilən polis əməkdaşlarının kimlikləri məlum olub.

unlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur.



09:40

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start