Ən təhlükəli kanserogen maddələr qrupunda yer alan məhsul Azərbaycana gətirilir?
Cəmiyyət
21 avq 2024 | 11:30
Bu ilin ilk beş ayı ərzində Azərbaycana xaricdən 330 ton asbest gətirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir.

Bəzi kütləvi informasiya vasitələrində, əsasən, tikinti sənayesində istifadə edilən asbestin olduqca təhlükəli maddə hesab olunması və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün növ asbestləri, o cümlədən ən çox yayılan xrizotilli asbesti kanserogen (bədxassəli şişlərin yaranmasına səbəb olan) kimi təsnif etməsi ilə bağlı məlumatlar yayımlanıb.

Qeyd olunub ki, 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən asbest ilə bağlı yerli icra hakimiyyəti orqanlarına göndərilən xidməti məktuba əsasən, asbest örtüklü evlər siyahıya alınır və onların dam örtüklərində ölçü işləri aparılır.


Bundan əlavə, Dövlət Gömrük Komitəsi təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların siyahısına asbesti də daxil edib.

Məsələyə aydınlıq gətirilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq.

Komitənin Mətbuat Xidmətindən bildirildi ki, asbestin xammal və hazır məhsul şəklində idxalına heç bir qadağa yoxdur.


"Təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların" siyahısına görə, yalnız toz və lif şəklində olan asbest tullantılarının ölkə ərazisinə gətirilməsi qadağandır və bu qəbildən olan mallar ölkə ərazisinə idxal edilməyib.

Asbestin xammal və hazır məhsul şəklində idxalına isə mövcud qanunvericiliyə əsasən, qadağa və məhdudiyyət müəyyən olunmayıb.

Asbest xammalının dövriyyəsinə məhdudiyyət "Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair Rotterdam Konvensiyası" ilə tənzimlənir və hazırda bu məsələlər üzrə müvafiq işlər aparılır", - deyə açıqlamada vurğulanır.


Qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi asbesti ən təhlükəli kanserogen maddələr qrupuna daxil edib.

İran, Türkiyə, Ukrayna kimi region ölkələri də daxil olmaqla, dünyanın 69 ölkəsində asbestdən istifadə qadağan edilib.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start