Yerüstü parkinqdə bir saatdan beş dəqiqə keçəndə niyə iki saatın pulu tələb olunur?
Cəmiyyət
22 avq 2024 | 12:19
Bakıda yerüstü pullu parklanma ərazisində ödəniş qaydalarının ədalətli təyin olunmaması ətrafında sosial şəbəkələrdə müzakirələr aparılır.

Sürücülər parkinq ərazisində bir saatdan beş dəqiqə artıq dayanmalı olanda birbaşa iki saatın pulunu ödəmək məcburiyyətində qaldıqlarından şikayət edirlər.

"Parkinqdə bir saatdan cəmi beş dəqiqə keçmişdi ki, avtomobili çıxartdım, amma iki saatın pulunu ödəməli oldum. Bunun səbəbi nədir? Niyə beş dəqiqəyə görə iki saatın pulu ödənməlidir?" - deyə şikayətçi yazır.



Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş hər saata görə tam məbləğdə hesablanır.

"Qanunvericiliyə əsasən, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği zonalara uyğun olaraq müəyyən edilir.

Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş hər saata görə tam məbləğdə hesablanır.

Bakı şəhəri üzrə Mərkəz zonada parklanma bir saata görə 1 AZN, I zonada - 0.70 AZN, II zonada - 0.40 AZN, III zonada - 0.30 AZN, IV zonada isə ödənişsizdir. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 7:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.



Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar", - deyə açıqlamada bildirilir.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start