Məktəb bufetlərində hansı qidalar satılmalıdır?
Yeni tədris ilinin başlanmasına 1 həftədən az vaxt qalıb. Günlərinin böyük hissəsini məktəblərdə, universitetlərdə keçirən şagird və tələbələr çox zaman gündə iki dəfə burada yemək yeyirlər. Buna görə də onların düzgün, balanslı, sağlam şəkildə qidalanmaları çox vacibdir. Nəzərə də alsaq ki, bir çox tələbə, şagird yeməyini məhz təhsil müəssisəsinin bufetindən alır, buna görə də bufetlərdəki qidaların tərkibi, keyfiyyəti önəmli məsələdir.
Bizim.Media bufetlərdəki yeməklərin tərkibinin, qidaların arasında balansın necə olmalı olduğunu araşdırıb.
Məsələ ilə bağlı danışan qida eksperti Asim Vəliyev təəssüflə qeyd edib ki, bir çox təhsil müəssisələrinin bufetlərində təklif edilən qidalar sağlam deyil və şagirdlərin, tələbələrin ehtiyacı olan qida maddələrini tam təmin edə bilmir.
O, bufetlərdəki qidaların tərkibinə də toxunub:
"Bufetlərdə ən çox satılan qidalar arasında fastfud qidalar, xüsusilə, hamburgerlər, pizza, qızardılmış yeməklər, kartof-fri və s. kimi yüksəkkalorili, lakin qida dəyəri aşağı olan qidalar üstünlük təşkil edir.
Bu cür qidalarda doymuş yağ, şəkər və duz miqdarı yüksəkdir. Uzunmüddətli istehlak edildikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilir. Alternativ olaraq bəzi bufetlərdə salatlar, sulu yeməklər və təzə meyvə kimi sağlam qidalar da təqdim olunur. Amma onların keyfiyyəti, təmizliyi və qida dəyəri də şübhə doğuran məqamlardır".
İstifadə edilən məhsullarda nəyə diqqət edilməlidir?
Ekspertin sözlərinə görə, bufetlərdə sağlam və balanslı qidalanmanı təmin etmək üçün daha çox təzə və keyfiyyətli məhsullara üstünlük vermək vacibdir:
"Məsələn, təzə salatlar, tərəvəz şorbaları və qızardılmamış, qaynadılmış yeməklər daha yaxşı seçimdir. Bu qidalar orqanizmin ehtiyac duyduğu vitaminlər, minerallar və liflərlə zəngindir.
Satılan salatlara və sulu yeməklərə xüsusilə diqqət etməliyik. Salatların tərkibində təzə tərəvəzlərdən, məsələn, pomidor, xiyar, kahı və s istifadə olunmalıdır. Bura əlavə edilən souslar və ədviyyatlar da sağlam olmalıdır. Əks halda, yüksək yağ və duz tərkibli souslar salatın qida dəyərini aşağı salır. Eyni zamanda, sulu yeməklər təzə və az yağlı olmalı, doyurucu, lakin ağır olmayan qidalardan hazırlanmalıdır. Bu səbəblə tərəvəzli yeməklər və ya qızardılmadan qaynadılmış toyuq əti ilə hazırlanan şorbalar yaxşı seçimdir".
Müsahib bufetlərin gigiyenası mövzusuna da toxunub:
"Təəssüf ki, bəzi müəssisələrdə gigiyenik şəraitə kifayət qədər diqqət yetirilmir və bu da qidaların keyfiyyətini aşağı salır. Təmiz və gigiyenik şəraitdə hazırlanan yeməklər hər zaman sağlamlığa daha az ziyan vurur və qida zəhərlənməsi kimi halların qarşısını alır.
Bufetlərdə daha çox sağlam qidaların təqdim olunması şagirdlərin uzunmüddətli sağlamlığına müsbət təsir göstərə bilər.
Bunun üçün təhsil müəssisələri, qida tədarükçüləri və valideynlər birgə çalışmalıdırlar. Bu yolla təhsil müəssisələrində şagird və tələbələrin sağlamlığını qorumaq mümkündür".

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start