Təhsil müəssisələrinin istilik təminatı nə yerdədir?
Təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, hər il istilik mövsümü noyabrın 15-də başlayır və növbəti il aprelin 15-də yekunlaşır. İstilik təminatının plana və qanuvericiliyə uyğun müddətdə həyata keçirilməsi üçün öncədən hazırlıq işləri görülür.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 1674 məktəbəqədər təhsil müəssisəsi, 4209 ümumi təhsil müəssisəsi və 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Yay aylarından etibarən təhsil müəssisələrinin təmir-tikintisi və təchizatı istiqamətində aidiyyəti qurumlarla birgə genişmiqyaslı işlər görülüb.
Bu çərçivədə payız-qış mövsümündə uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib. Təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb, yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib.
Bununla yanaşı, gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə(odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi təmin olunur.

Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start