Sabunçu Dəmiryol Vağzalının yeraltı keçidində ürəkbulandıran mənzərə və üfunət - ŞİKAYƏT
Cəmiyyət / Şikayətlər
28 yan 2025 | 11:24
Paytaxtın ən mühüm nəqliyyat qovşaqlarından biri olan Sabunçu Dəmiryol Vağzalının yeraltı piyada keçidi uzun müddətdir acınacaqlı vəziyyətdədir.

Belə bir şikayət sosial şəbəkədə müzakirə mövzusu olub.

Qeyd olunub ki, uzun müddətdir keçid keçilməz vəziyyətdədir və buna bir çarə edən yoxdur.



"Nə keçiddən gələn üfunət, nə uçub tökülən divar daşları, nə də içində yaranan gölməçə, nədənsə heç kimi narahat etmir",- deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, ilkin məlumata görə, keçiddə qrunt sularının olduğu müəyyən edilib.



"Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (İŞBSTX) müraciət olunub. Təxminən bir ay əvvəl, müraciətimizə əsasən, qurumun nümayəndələri əraziyə baxış keçiriblər. Keçidin bu hala düşməsinin əsas səbəbi nəmişlikdir. Oraya axan qrunt sularının qarşısı tam alınmasa, keçidin təmirinin də bir xeyri olmayacaq, çünki daimi nəmişlik yenə eyni vəziyyəti yaradacaq. Qrunt sularının haradan gəldiyi isə hələlik məlum deyil", - deyə B.Hacıyev bildirib.

İŞBSTX-dən bildirilib ki, yeraltı keçidə toplanan su ilə bağlı müvafiq sukanal idarəsinin qəza briqadası əraziyə baxış keçirib.

Videoya baxmaq üçün linkə daxil olun

"Ərazidən keçən bütün su və kanalizasiya şəbəkələri yoxlanılıb və qeydə alınıb ki, keçidə yığılan su İŞBSTX-yə məxsus su və kanalizasiya şəbəkələrindən axmır. Baxış zamanı müəyyən olunub ki, həmin sular yeraltı keçidin sökülmüş yan divarlarının aşağı hissələrindən çıxır. Bu da onu deməyə əsas verir ki, həmin sular qrunt sularıdır.

Məlumat üçün qeyd edək ki, qrunt suları yeraltı sulardır. Adətən tikinti işləri aparılmazdan öncə ərazidəki qrunt suları ilə bağlı relyefin monitorinqi aparılır", - deyə məlumatda bildirilib.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start