On iki ərəb və islam ölkəsinin xarici işlər nazirləri İranı hücumları dayandırmağa çağırıblar
Dünya
19 mar 2026 | 08:52

12 ərəb və islam dövlətinin xarici işlər nazirləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı görüşlərindən sonra martın 19-u dərc edilmiş birgə bəyanatda İranı öz hücumlarını dayandırmağa çağırıblar.

Azerimedia.Az "İnterfaks"a istinadən xəbər verir ki, bəyanatda İranın ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək yaşayış məntəqələrini və mülki infrastrukturu, o cümlədən neft obyektlərini, suşirinləşdirici qurğuları, hava limanlarını, yaşayış binalarını və diplomatik nümayəndəlikləri hədəf alan qəsdən hücumları pislənilir.

"İştirakçılar vurğulayıblar ki, bu hücumlara heç bir bəhanə ilə və heç bir şəkildə haqq qazandırıla bilməz", - deyə sənəddə bildirilir.

XİN rəhbərləri, həmçinin İsrailin Livana hücumlarını pisləyib və Livanın təhlükəsizliyinə, sabitliyinə və ərazi bütövlüyünə dəstəyi bir daha təsdiqləyiblər.

Bəyanat Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən xarici işlər nazirlərinin adından dərc olunub.

Bu ərəfədə "QatarEnergy" şirkətindən bildirilib ki, Ras-Laffan sənaye şəhərinə növbəti İran hücumlarından sonra mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı üzrə bir neçə zavodda böyük yanğınlar baş verib. Yeni hücumlar nəticəsində əhəmiyyətli dərəcədə əlavə ziyan dəyib, çevik reaksiya qrupları dərhal yerləşdirilib, tələfat barədə məlumat daxil olmayıb.
Dünən, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
Dünən, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
Dünən, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
Dünən, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Dünən, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
Dünən, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
Dünən, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
Dünən, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
Dünən, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
Dünən, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
Dünən, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
Dünən, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
Dünən, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
Dünən, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
Dünən, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
18-09-2026, 13:11
Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?
18-09-2026, 12:50
ATU-nun klinikası 2.5 milyon manatlıq tibbi ləvazimat alır
18-09-2026, 12:30
Robert Koçaryan məhkəməyə belə gətirildi - FOTO - VİDEO
18-09-2026, 11:31
Azərbaycanda bu şəxslərə mənzil verildi
18-09-2026, 11:18
Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq - YENİ LAYİHƏ
18-09-2026, 11:00
Bu şəxslərə şad xəbər - Pulu əvvəlcədən ALACAQLAR
18-09-2026, 10:50
DTX-nin keçirdiyi əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
18-09-2026, 10:30
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi