Avropa dövlətləri birgə dəniz qüvvələri yaradır - Ciddi təhlükə gözlənilir?
Dünya
30 apr 2026 | 13:00
Böyük Britaniya da daxil olmaqla 10 Avropa dövləti Rusiya təhlükəsinə qarşı və Şimali Avropada NATO donanmasına dəstək məqsədilə ortaq dəniz qüvvələrinin təşkil edilməsi ilə bağlı razılığa gəliblər.

Azerimedia.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Qəzetin yazdığına əsasən, Böyük Britaniya Kral Donanmasının komandanı Qvin Cenkins yeni birgə hərbi dəniz qüvvələrinin yaradıldığını rəsmi açıqlayaraq, bu addımın şimal istiqamətindəki dəniz sərhədlərindən gələ biləcək təhdidlərin dəf edilməsi üçün vacib olduğunu vurğulayıb.

Cenkins hesab edir ki, beynəlxalq dəniz donanmasının təşkili gələcək mümkün əməliyyatlarda hazırlıq səviyyəsini və əlaqələndirməni yüksəldəcək. Zərurət yaranacağı təqdirdə, vahid qüvvələrin idarəetməsi Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən icra olunacaq.

Xəbərdə həmçinin vurğulanıb ki, Amerika Birləşmiş Ştatları bu birliyə qatılmayacaq, lakin Kanadanın iştirakı ehtimalı dəyərləndirilir.

Ötən gün isə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev Qərb dövlətlərinin Rusiyanın müharibə niyyətində olmadığını yaxşı anladıqlarını söyləyib. O bildirib ki, Qərb yalnız yeni alternativ dünya düzəninin formalaşmasından ehtiyat edir.
Dünən, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
Dünən, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
Dünən, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
Dünən, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Dünən, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
Dünən, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
Dünən, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
Dünən, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
Dünən, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
Dünən, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
Dünən, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
Dünən, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
Dünən, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
Dünən, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
Dünən, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
18-09-2026, 13:11
Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?
18-09-2026, 12:50
ATU-nun klinikası 2.5 milyon manatlıq tibbi ləvazimat alır
18-09-2026, 12:30
Robert Koçaryan məhkəməyə belə gətirildi - FOTO - VİDEO
18-09-2026, 11:31
Azərbaycanda bu şəxslərə mənzil verildi
18-09-2026, 11:18
Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq - YENİ LAYİHƏ
18-09-2026, 11:00
Bu şəxslərə şad xəbər - Pulu əvvəlcədən ALACAQLAR
18-09-2026, 10:50
DTX-nin keçirdiyi əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
18-09-2026, 10:30
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi