Paşinyan: "2022-ci ildə Azərbaycan prezidenti ilə oyunun gedişini dəyişən qərar qəbul etdik"
Dünya
4 may 2026 | 14:37
Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının sabiq rəhbəri Şarl Mişelin təşəbbüsü ilə 2022-ci ildə Praqada keçirilən "Avropa Siyasi Birliyi"nin 1-ci Zirvə toplantısı çərçivəsində Ermənistan baş naziri və Azərbaycan prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil edildi. Məhz orada Azərbaycan Prezidenti İlham Əliyev və mən oyunun gedişini dəyişən qərar qəbul etdik".

Azerimedia.Az yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısının plenar iclasında bəyan edib.

Onun sözlərinə görə, o zaman Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar.

O deyib ki, bu razılaşma Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə nail olmaq üçün real imkan yaradıb, gələcək sülhün arxitekturasını müəyyənləşdirib və 2025-ci ilin avqustunda Vaşinqton bəyannaməsinə gətirib çıxarıb.

Paşinyan xatırladıb ki, o zaman Ağ Evdə ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə Azərbaycan lideri ilə birgə sülh bəyannaməsini imzalayıblar.

"ABŞ prezidenti də şahid qismində bəyannaməni imzaladı. Üç liderin iştirakı ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında müqaviləni paraflayıblar. Hazırda biz çox vacib layihənin - TRIPP-ın həyata keçirilməsinə aparan yoldayıq. Bu, regional kommunikasiyaların blokadadan çıxarılması, Şərqdən Qərbə və Cənubdan Şimala yeni beynəlxalq marşrutların yaradılması vasitəsilə sülhə, beynəlxalq təchizat zəncirlərinin dayanıqlığına böyük töhfələr verəcək", - deyə Ermənistan lideri sözlərini yekunlaşdırıb.
Dünən, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
Dünən, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
Dünən, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
Dünən, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Dünən, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
Dünən, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
Dünən, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
Dünən, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
Dünən, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
Dünən, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
Dünən, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
Dünən, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
Dünən, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
Dünən, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
Dünən, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
18-09-2026, 13:11
Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?
18-09-2026, 12:50
ATU-nun klinikası 2.5 milyon manatlıq tibbi ləvazimat alır
18-09-2026, 12:30
Robert Koçaryan məhkəməyə belə gətirildi - FOTO - VİDEO
18-09-2026, 11:31
Azərbaycanda bu şəxslərə mənzil verildi
18-09-2026, 11:18
Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq - YENİ LAYİHƏ
18-09-2026, 11:00
Bu şəxslərə şad xəbər - Pulu əvvəlcədən ALACAQLAR
18-09-2026, 10:50
DTX-nin keçirdiyi əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
18-09-2026, 10:30
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi