KİV: ABŞ İrandan uran zənginləşdirməsini 20 il müddətinə dayandırmağı tələb edir
Dünya
7 may 2026 | 09:50
Rəsmi Vaşinqton İranın 20 il ərzində uran zənginləşdirməsindən imtina etməsini istəyir.

Azerimedia.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.

"ABŞ İranda uran zənginləşdirməsinə 20 illik moratorium tətbiqinə nail olmağa çalışır və İslam Respublikasındakı bütün zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasını tələb edir.

ABŞ Administrasiyası həmçinin İsfahanda, Natanzda və Fordoda nüvə obyektlərinin sökülməsini, nüvə proqramı çərçivəsində yeraltı işlərin qadağan olunmasını və yoxlamaların aparılmasını tələb edir", - deyə nəşrdə yayılan məlumatda bildirilib.

Daha əvvəl CNN telekanalı da mənbələrinə istinadən Vaşinqton və Tehranın İranda uran zənginləşdirməsinə 10 ildən çox müddətə moratorium elan edilməsi ehtimalını müzakirə etdiyini xəbər vermişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Dünən, 12:40
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Dünən, 12:39
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar
Dünən, 12:38
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 10:13
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndəriləcək
Dünən, 09:14
Avropa çempionatı: Azərbaycan İtaliyaya qarşı
27-05-2026, 14:17
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında çıxış edə bilər
27-05-2026, 13:15
Ermənistan İrandan 500 milyon dollarlıq hava hücumundan müdafiə sistemləri aldı - FOTO
27-05-2026, 12:16
ABŞ səfirliyi: "Azərbaycan dini tolerantlıq sahəsində zəngin ənənələrini nümayiş etdirir" - FOTO
27-05-2026, 12:05
Bayram günündə qurbanlıq heyvanların satış və kəsimi - FOTOREPORTAJ
27-05-2026, 11:57
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT
27-05-2026, 11:18
Qəbələnin bir hissəsi qazsız qalıb - SƏBƏB
27-05-2026, 11:08
WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB
27-05-2026, 10:30
Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar
27-05-2026, 09:30
Bakıdakı məscidlərdə Qurban bayramının namazı qılınıb - VİDEO
27-05-2026, 08:13
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
26-05-2026, 10:56
Ömürlük pensiya alanların nəzərinə
26-05-2026, 10:51
Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
26-05-2026, 10:48
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
26-05-2026, 10:19
DİM xarici dil imtahanının modelini DƏYİŞİR: 100 sözlük mətn TƏLƏBİ
25-05-2026, 11:43
Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - FOTO
25-05-2026, 11:39
Dünya çempionatına hazırlaşan Messi üçün PİS XƏBƏR
25-05-2026, 11:27
Sərdar və Qurbanqulu Berdiməhəmmədovlar İlham Əliyevi təbrik etdilər
25-05-2026, 11:07
İlham Əliyev İordaniya kralını təbrik etdi
25-05-2026, 11:05
Bakıda bir qəsəbəyə çəkilən alternativ yolu da sel apardı - FOTO - VİDEO
25-05-2026, 10:32
Yağışa görə buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlərə ŞAD XƏBƏR
25-05-2026, 10:23
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər - FOTO
25-05-2026, 10:18
34 il sonra İLK: Şuşanın Böyük Qaladərəsi kəndinə köç başlayır