Venesuelada güclü zəlzələ: 32 nəfərin meyiti tapıldı, 700-dən çox yaralı var - VİDEO
Dünya
25 iyn 2026 | 10:37
Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər həyatını itirib, 700-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Azerimedia.Az xəbər verir ki, bu barədə iyunun 25-də xalqa müraciətində ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes açıqlama verib.

"La-Quayra ştatının təqdim edə biləcəyi göstəriciləri hesaba qatmasaq, 32 nəfərin həlak olması və 700-dən artıq şəxsin xəsarət alması barədə məlumatımız var", - deyə o qeyd edib.

Rodriqesin sözlərinə əsasən, bütün regionlar arasında ən çox zərər çəkən məhz La-Quayra ştatı olub. Orada onlarla bina uçub. Hazırda hadisə yerində xilasetmə qüvvələri çalışır.

O, həmçinin vurğulayıb ki, yaxın saatlarda digər ölkələrdən olan xilasedicilər Venesuelaya gələcəklər.

09:20

Karakasın Çakao bələdiyyəsi ərazisində baş verən zəlzələ nəticəsində uçan binaların altından xilasedicilər 18 nəfəri çıxarmağa müvəffəq olublar.

Azerimedia.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bələdiyyə meri Qustavo Dukenin verdiyi məlumata görə, dağıntılar altından tapılan 18 nəfərin hamısı sağdır. O, həmçinin qeyd edib ki, ən azı iki bina tamamilə yerlə yeksan olub. Hazırda axtarış-xilasetmə əməliyyatlarına 500-dən artıq əməkdaş cəlb edilib.

08:56

Venesuelada baş verən güclü zəlzələ paytaxtda və bir sıra ştatlarda ciddi dağıntılara, eləcə də insan itkisinə səbəb olub.
Azerimedia.Az xəbər verir ki, bu məlumatı ölkənin daxili işlər naziri Diosdado Kabelyo "Venezolana de Televisión" telekanalına açıqlamasında təsdiqləyib.

"Təəssüflə qeyd edirəm ki, 7 baldan güclü yeraltı təkanlar Araqua, Karabobo, Miranda, Truxilyo, Yarakuy və La-Quayra ştatlarında, həmçinin zəlzələnin daha şiddətli hiss edildiyi Karakasda qeydə alınıb", - deyə DİN rəhbəri vurğulayıb.

Karakasın seysmik cəhətdən təhlükəli Altamira və Palos Qrandes ərazilərində bəzi binaların, o cümlədən yaşayış evlərinin çökməsi insan ölümünə səbəb olub. Nazir əlavə edib ki, paytaxtın digər bölgələrində də vətəndaşların həyatını itirməsi ilə nəticələnən dağıntılar baş verib.

Nazirin sözlərinə görə, xilasetmə xidmətləri, yanğınsöndürənlər, polis qüvvələri və mülki müdafiə könüllüləri uçmuş binaların dağıntılarını təmizləyir və zərərçəkənlərə lazımi yardım göstərirlər. O, əhalini zədələnmiş binaları boşaltmağa, yaralılara kömək etməyə və xilasedici nəqliyyat vasitələrinin hərəkətinə mane olmamağa çağırıb.

Baş vermiş fəlakətlə əlaqədar Venesuela hökuməti ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, Venesuelada bir dəqiqə fərqlə 7.2 və 7.5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentri ölkənin Yarakuy ştatında, bir-birindən cəmi 10 kilometr aralıda yerləşib.

08:44

Venesuelada 7.5 maqnitudaya çatan zəlzələ qeydə alınıb. Respublika rəhbərliyi dağıntıların olduğunu bildirib. ABŞ Geoloji Xidmətinin hesablamalarına görə, həlak olanların sayı 100 mini ötə bilər.

Azerimedia.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də Venesuelada 7.1 maqnitudalı yeraltı təkanın olduğunu elan edib. Zəlzələnin episentri Valensiya şəhərindən 60 km şimal-qərbdə yerləşib. Həmçinin, sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

Daha sonra ABŞ Geoloji Xidməti (USGS) məlumatı yeniləyərək, 40 saniyə fərqlə 7.1 və 7.5 maqnitudalı iki ardıcıl zəlzələnin baş verdiyini açıqlayıb. Təkanların episentrləri Venesuelanın Yarakuy ştatında, bir-birindən 10 km aralıda qeydə alınıb.

Yeraltı təkanlar paytaxt Karakasda da hiss olunub. Şəhərdə dağıntılar qeydə alınıb.

BBC-nin nümayiş etdirdiyi kadrlarda bir neçə binanın, o cümlədən ən azı bir çoxmərtəbəli tikilinin xarabalıqları, toz buludları və asfalta aşmış işıq dirəkləri əks olunub.

Dəyən ziyanla əlaqədar olaraq, Karakasın Mayketiya beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.

Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriges ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

USGS-in məlumatına əsasən, zəlzələ nəticəsində insan itkisinin 100 000-i keçməsi ehtimalı 30% təşkil edir. Qurum əvvəlcə ölkənin ÜDM-nə 2-20% həcmində iqtisadi ziyan dəyə biləcəyini proqnozlaşdırsa da, sonradan bu göstəricini 1-5%-ə qədər azaldıb. Təbii fəlakətdən sonra ölkədə internetin fəaliyyətində də ciddi problemlər yaranıb.

Salvador Prezidenti Nayib Bukele Venesuelaya yardım məqsədilə 300 nəfərlik xilasedici və həkim briqadası, eləcə də 50 ton tibbi avadanlıq və ləvazimat göndərəcəyini bəyan edib. ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau bildirib ki, Birləşmiş Ştatların administrasiyası baş vermiş zəlzələdən sonra Venesuela rəhbərliyi ilə əlaqə saxlayır və bu ölkəyə dəstək göstərməyə hazırlaşır.

Braziliya da zərərçəkən ölkəyə yardım edəcəyinə dair söz verib


Videoya baxmaq üçün linkə daxil olun

Videoya baxmaq üçün linkə daxil olun

Videoya baxmaq üçün linkə daxil olun
Bu gün, 12:07
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Bu gün, 12:06
Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq
Bu gün, 11:53
Dini konfessiyaların rəhbərləri Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak ediblər - FOTO
Bu gün, 11:32
İƏT Parlamentləri İttifaqının 20-ci sessiyası yekunlaşıb: Bakı Bəyannaməsi qəbul olunub
Bu gün, 10:55
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
Bu gün, 10:37
Venesuelada güclü zəlzələ: 32 nəfərin meyiti tapıldı, 700-dən çox yaralı var - VİDEO
Bu gün, 10:17
Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə etdi
Bu gün, 10:09
Gündüz İsmayılov: "İnsanlarımız Aşuranın mahiyyətini getdikcə daha doğru dərk etməyə başlayırlar"
Bu gün, 10:04
Prezident sloveniyalı həmkarını təbrik edib
Bu gün, 09:14
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Bu gün, 09:11
Çin qadağalara baxmayaraq, Hindistan bazarına daxil olmağa çalışır
Dünən, 16:35
Ölkədə yaşlı əhalinin regionlar üzrə paylanması açıqlanıb
Dünən, 16:17
Emin Əmrullayevdən təhsil haqqı ilə bağlı qalmaqala dair YENİ AÇIQLAMA
Dünən, 16:06
FIFA prezidenti DÇ-2026-nı tarixin ən yaxşı mundialı adlandırdı
Dünən, 16:04
ABB kartlarından vəsait silinir - AÇIQLAMA - FOTO
Dünən, 15:39
Qiymətləndirmə fəaliyyəti ilə bağlı qanuna dəyişikliklər olacaq - Sədr ANONS VERDİ
Dünən, 15:21
Azərbaycanda yeni akademiya yaradılır
Dünən, 15:10
Fransada Ebolaya ilk yoluxma faktı qeydə alındı
Dünən, 14:50
İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO - VİDEO
Dünən, 14:09
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub - FOTO
Dünən, 14:02
Türkiyə parlamentinin sədrindən Azərbaycan-Ermənistan sülh danışıqlarına DƏSTƏK - VİDEO
Dünən, 14:00
Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
Dünən, 13:12
Soydaşımıza ABŞ-də yüksək vəzifə verildi
Dünən, 12:13
Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
Dünən, 11:43
Azərbaycanda sığorta aktivləri iki milyard manatı keçib
Dünən, 11:23
ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR
Dünən, 11:04
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ