“Haber Global”ın “YouTube” kanalından rekord: Avropanın ən çox baxılan xəbər kanalı oldu - FOTO/VİDEO
Dünya / Video
27 noy 2023 | 10:31
“Haber Global” “YouTube” kanalı Avropanın köklü xəbər kanallarını geridə qoyaraq çox böyük bir uğura imza atıb.

Belə ki, “YouTube”un rəsmi ölçü partnyorları “Social Blade” və “VidIQ”ya görə “Haber Global” ən çox baxılan “YouTube” kanalı olaraq siyahının ilk pilləsində qərarlaşıb. Kanal son bir ildə 1,125 mlrd baxışla “YouTube” xəbər kanalları arasında Avropada birinci olub.

İkinci yerdə 1,116 mlrd baxışla Britaniyanın köklü qurumu “Sky News” qərarlaşıb. Siyahıda bundan sonra BBC (779 milyon), Almaniyanın “DW News” kanalı (518 milyon) gəlir. İlk beşliyi 477 milyon baxışla “France 24” bağlayır.

“Haber Global”ın Sosial Media Meneceri Əli Ağırbaş “YouTube”da kanallar arasında böyük rəqabət olduğunu vurğulayıb.

“Türkiyənin və Avropanın ən çox baxılan kanalı olmaq bizim nə dərəcədə keyfiyyətli işlər gördüyümüzü göstərir. Bu keyfiyyəti redaksiyanın istedadlı redaksiya heyəti, sosial media komandamız və xəbər mərkəzindəki redaktorlarımız təmin edirlər”, - deyə Ağırbaş əlavə edib.

Məlumata görə, “Haber Global” “YouTube” kanalını Türkiyədən əlavə ən çox izləyən ölkələr Azərbaycan, Almaniya, Rusiya, Fransa və Niderlanddır. 6 fevral tarixində Türkiyədə baş verən zəlzələləri, Rusiya-Ukrayna müharibəsi, 14-28 may prezident seçkisi və İsrail-Fələstin hadisələri “Haber Global”dan izlənilib.

İki il əvvəl “YouTube”da ən çox baxılan xəbər kanalı adını alan “Haber Global”ın artıq iki milyondan çox abunəçisi var.

“Haber Global”ın bu uğurunu bütün komanda birlikdə qeyd edib.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start