Venesuela və Qayana təbii sərvətlərlə zəngin ərazi münaqişəsi ilə bağlı qərar verdilər: Müharibə olacaq?
Dünya
15 dek 2023 | 14:17
Venesuela və Qayana hakimiyyəti ərazi münaqişəsinin həlli üçün güc tətbiq etməyəcək və böhrandan çıxış yolunun tapılması ilə bağlı komissiya çağıracaq.

Bu barədə danışıqların yekunu üzrə birgə bəyanatda bildirilib və bəyanat “St.Vincent Times” nəşrində dərc olunub.

Məlumata görə, danışıqlar Sent-Vinsent və Qrenadinin paytaxtı Kinqstaun şəhərində baş tutub.

“Qayana və Venesuela birbaşa və ya dolayısı ilə heç bir halda bir-birini güc tətbiqi ilə təhdid etməyəcək və güc tətbiq etməyəcək. Tərəflər mehriban qonşuluq, dinc yanaşı yaşama və Latın Amerikası ilə Karib hövzəsinin birliyinə sadiqliklərini ifadə edirlər”, - deyə bəyanatda bildirilib.

Ölkələrin nümayəndələri ərazi mübahisəsi ilə bağlı məsələlərin həlli üçün xüsusi komissiyanın yaradılması barədə razılığa gəliblər.

“Tərəflər məsələlərin həlli üçün qarşılıqlı razılaşma əsasında dərhal iki dövlətin xarici işlər nazirləri və texniki mütəxəssislərindən ibarət birgə komissiyanın yaradılması barədə razılığa gəliblər. Bu birgə komissiyanın hesabatı üç ay ərzində Qayana və Venesuela prezidentlərinə təqdim olunacaq”, - deyə məlumatda qeyd edilib.

“Hər iki dövlət mübahisəli ərazi ilə bağlı istənilən məsələyə, o cümlədən Birgə Komissiyanın yuxarıda qeyd olunan yenilənmiş variantına baxılması üçün növbəti üç ay ərzində və ya başqa vaxtda Braziliyada yenidən görüşməyə razılıq veriblər”, - deyə bəyanatda əlavə edilib.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro qonşu Qayananın qərb hissəsini - Essekibonu ölkənin 24-cü ştatı elan edib. Yeni ştat Qayana-Essekibo adlandırılıb. bölgənin mülkiyyəti ilə bağlı mübahisə 19-cu əsrdən bəri davam edir. Venesuela və Qayana arasında münaqişə 2015-ci ildə Essekiboda zəngin neft və qaz yataqlarının aşkarlanmasından sonra kəskinləşib.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start