Səfirliklərimizdə prezident seçkisi ilə əlaqədar səsvermə prosesi - YENİLƏNİR + FOTO
Azərbaycanın Qazaxıstandakı səfirliyində növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə keçirilir.
Seçki ilə əlaqədar Qazaxıstan Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da səsverməyə start verilib.
09:23
Azərbaycandakı növbədənkənar prezidenti seçkisi ilə əlaqədar ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən seçki prosesinə start verilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada yerləşən inzibati binasında yerli vaxtla saat 08:00-da yaradılan iki seçki məntəqəsi seçicilərin səsverməsi üçün açılıb.
Məntəqələrdə seçki kabinələri və şəffaf seçki qutuları yerləşdirilib.
Qeyd edək ki, Türkiyədə Azərbaycan vətəndaşlarının sıx yaşadığı nəzərə alınaraq və seçki qanunvericiliyinə uyğun olaraq qardaş ölkədə 5 seçki məntəqəsi yaradılıb. Səfirliyimizin inzibati binasında 46 və 47 saylı seçki məntəqələri ilə yanaşı, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri bu gün eyni vaxtda fəaliyyətə başlayıb.
Səfirlikdən bildirilib ki, Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 08:00-dan 19:00-dək ölkəmizin ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.
Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva deyib ki, səfirlik bu ölkədəki vətəndaşlarımızın seçki hüquqlarını şəffaf və demokratik şəkildə həyata keçirmələri üçün bütün zəruri tədbirləri həyata keçirib:
“Vətəndaşlarımızın seçki məntəqələrinə gediş-gəlişini asanlaşdırmaq üçün yerli bələdiyyələrin də dəstəyi ilə bu gün Ankarada, İstanbulda və Qarsda şəhər mərkəzindən, azərbaycanlıların sıx yaşadıqları ərazilərdən və universitetlərdən səfirliyə xüsusi avtobus reysləri təşkil olunub”.
Seçkilərdə iştirak etmək istəyən, lakin səhhəti ilə əlaqədar seçki məntəqələrinə getmək imkanı olmayan Azərbaycan vətəndaşları da nəzərə alınıb. Müraciətləri əsasında həmin şəxslər üçün seçki qanunvericiliyinə uyğun olaraq daşınabilən seçki qutuları təşkil olunub.
09:10
Növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başlayıb.
Moskvanın Voznesenski döngəsi 15 ünvanında yerləşən 19 saylı Nərimanov rayonu seçki dairəsi üzrə 42 və 43 saylı seçki məntəqəsinin qapıları yerli vaxtla 08:00-da açılıb.
Moskva və Moskvaətrafında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər.
Qeyd edək ki, Rusiyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının prezident seçkisində səsvermə hüququndan istifadə edə bilmələri üçün təkcə Moskvadakı səfirliyimizdə deyil, ölkəmizin Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulluqlarında da seçki məntəqələri yaradılıb. Rusiyanın Şimal Qərb federal dairəsinə daxil olan regionlarda yaşayan Azərbaycan vətəndaşları Sankt-Peterburqdakı, Ural, Sibir və Uzaq Şərq dairəsinə daxil olan regionlarda yaşayan vətəndaşlarımız isə Yekaterinburqdakı Baş konsulluqlarımızda açılan seçki məntəqələrində səsvermədə iştirak edirlər.
Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə bağlı Rusiyanın üç şəhərində fəaliyyət göstərən seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.
Seçki məntəqələrinin ünvanları: Moskva şəhəri, Voznesenski döngəsi 15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi 27; Yekaterinburq şəhəri, Karl Liebknext küçəsi 5.
08:24
Fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Fevralın 7-də səhər saat 8:00-da məntəqə açılıb və səsvermə başlayıb.
Məntəqə Seçki Komissiyasının sədri, səfir Faiq Quliyev bildirib ki, bu seçki ölkəmiz üçün tarixi hadisədir. Müstəqilliyin bərpasından sonra ilk dəfədir ki, Azərbaycanın bütün bölgələrində prezident seçkisi keçirilir.
Onun sözlərinə görə, hazırda Gürcüstanda çalışan, təhsil alan, müvəqqəti ezamiyyətdə olan 18 yaşına çatmış və səsvermə hüququna malik Azərbaycan Respublikasının vətəndaşları bu gün səfirlikdə istədikləri namizədə səs verə biləcəklər. Bunun üçün səfirlikdə hər cür şərait yaradılıb.
Vətəndaşları fəal səsverməyə dəvət edən səfir özü ilk növbədə səs verib.
Diplomat səfirlik əməkdaşlarına və səs vermək üçün səfirliyə gələn insanlara uğurlar arzulayıb.
Qeyd edək ki, səsvermə Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar dünyanın 37 ölkəsində 49 seçki məntəqəsi yaradılıb. Onlardan ikisi Gürcüstan ərazisindədir.
16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) ölkəmizin Tbilisidəki səfirliyində, yaradılıb 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 41 saylı Məntəqə Seçki Komissiyası isə Batumidə yaradılıb.
Hər iki məntəqədə səsvermə başlayıb.

Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start