ABŞ-də prezident seçkisi yekunlaşdı: Tramp qalib gəlir
Dünya
6 noy 2024 | 12:00
Ən son məlumatlara görə, ABŞ-də bu gün baş tutan prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.

Azerimedia.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Donald Tramp 267 səs, Kamala Harris isə 224 səs toplayıb.

11:27

Respublikaçılar partiyasından Donald Tramp ABŞ-nin seçilmiş prezidenti oldu.

Azerimedia.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.

10:28

ABŞ-də səsvermə başa çatıb, ölkədə son seçki məntəqəsi də bağlanıb.

Azerimedia.Az-ın RTVI-yə istinadən verdiyi məlumata görə, ölkədə son səsvermə Havay və Alyaskada keçirilib.

Havayda Harris qalib gəlib və ştatın dörd seçici səsini qazanıb. Alyaska üzrə nəticələr isə hələ tam hesablanmayıb.

Hazırkı nəticələrə görə, Donald Tramp 247, Kamala Harris isə 214 səs toplayıb.

Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.

10:02

Ən son məlumatlara görə, ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
"Associated Press" verdiyi məlumata görə, Donald Tramp 247 səs, Kamala Harris isə 210 səs toplayıb.

08:40

ABŞ prezident seçkisində Demokratlar Partiyasından olan Kamala Harrisin səsləri artmağa davam edir.

"Associated Press" verdiyi məlumata görə, o artıq 205 səs toplayıb.

Bununla belə, 230 səsi olan Donald Tramp seçki yarışında qabaqdadır.

08:22

Ən son məlumatlara görə, ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.

"Associated Press" verdiyi məlumata görə, Donald Tramp 230 səs, Kamala Harris isə 187 səs toplayıb.

08:13

Ən son məlumatlara görə, ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.

"Associated Press" verdiyi məlumata görə, Donald Tramp 214 səs, Kamala Harris isə 179 səs toplayıb.

07:55

Bu dəqiqələrə olan məlumata görə, ABŞ-də keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harrisi qabaqlayır.

"Associated Press" bildirir ki, hazıradək Donald Tramp 210, Kamala Harris 113 səs toplayıb.

Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.

07:00

Apaçi dairəsinin Ali Məhkəməsinin qərarı ilə Arizona ştatının şərq hissəsindəki doqquz seçki dairəsində seçki məntəqələri əlavə iki saat açıq qalacaq. Səbəb seçki günü avadanlıq nasazlığı və çap olunmuş bülletenlərin çatışmazlığı kimi problemlərdir.

Bildirilir ki, məntəqələrin iş saatlarının uzadılması barədə qərar Navaxo xalqının müraciəti əsasında verilib.

Eyni zamanda, bomba hədələri səbəbindən Navaxo dairəsindəki məktəblərdə yerləşən seçki məntəqələrindən bəziləri müvəqqəti olaraq bağlanıb, biri isə təxliyə edilib.

Hakimiyyət orqanları Navaxo dairəsində ən azı üç seçki məntəqəsi olmaqla dörd yerdə bomba hədəsi ilə bağlı elektron mesajlar aldıqlarını bildiriblər. Onlar təhdidlərin həqiqi olmadığını müəyyən ediblər.

06:17

ABŞ-də keçirilən prezident seçkisində bu saata qədər respublikaçıların namizədi Donald Tramp 101, demokratların namizədi Kamala Harris isə 71 seçici səsi alıb.

Bu barədə "Associated Press" ilkin hesablamalara və "exit-poll"ların ilkin nəticələrinə əsasən xəbər verib.

Tramp Alabama, Florida, İndiana, Arkanzas, Kentukki, Missisipi, Tennessi, Oklahoma, Cənubi Karolina, Qərbi Virciniya və ehtimal ki, Texasda qalib gəlib.

Harris Vermont, Rod-Aylend, İllinoys, Massaçusets, Konnektikut, Nyu-Cersi, Delaver, Merilend ştatlarında qalib gəlib. Həmçinin, onun Miçiqan, Şimali Karolina və Virciniya ştatlarından da yüksək səs alacağı gözlənilir.

Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start