HƏMAS 600 fələstinli əsir müqabilində dörd girovun cəsədini İsrailə TƏHVİL VERDİ
Dünya
27 fev 2025 | 16:09
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağından, Qızıl Xaç Beynəlxalq Komitəsinin əməkdaşları vasitəsilə İsrail tərəfinə təhvil verilmiş dörd məhbusun qalıqlarının identifikasiya prosedurunu tamamlayıb.
Bu barədə ordunun mətbuat xidmətinin "Telegram" kanalında bəyan edilib.

"HƏMAS tərəfindən öldürülmüş dörd israilli girovun cəsədlərinin identifikasiyası başa çatıb. Çox dərin qəm və təəssüf hissi ilə bildiririk ki, bunlar Tsahi İdan (50 yaş), Şlomo Mansur (85 yaş), İtsak Elqarat (69 yaş), Ohad Yaalomidir (50 yaş)", - deyə açıqlamada vurğulanıb.

İsrail Baş naziri Benyamin Netanуahunun kabinetindən kəşfiyyat məlumatlarına əsasən, Ohad Yaalomi, Tsahi İdan və İtsak Elqaratın Qəzzada əsirlikdə öldürüldüyü xəbər verilib.

"Şlomo Mansur isə 2023-cü ilin 7 oktyabrında qanlı hücumda qətlə yetirilib və onun cəsədi Qəzza sektorunda saxlanılıb", - deyə məlumatda vurğulanıb.

O da qeyd olunub ki, hazırda HƏMAS-ın əsirliyində ölənlər də daxil olmaqla ümumilikdə 59 girov var.

09:56

İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarından Qəzza sektorunda fələstinli radikalların əlində olan dörd girovun cəsədini alıb.

Oxu.Az-ın verdiyi məlumata görə, xəbər yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən təsdiqlənib.

"Bu gecə İsrail Qızıl Xaç vasitəsilə dörd oğurlanmış şəxsin cəsədini alıb. Misirin vasitəçiliyi ilə tabutlar "Kerem-Şalom" keçid məntəqəsində İsrail Müdafiə Ordusuna təhvil verilib. Hazırda İsrail ərazisində ilkin identifikasiya proseduru başlayıb", - deyə bəyanatda qeyd olunub.

Bildirilir ki, oğurlanmış şəxslərin ailələri vəziyyət barədə daim məlumatlandırılır, tam identifikasiya proseduru başa çatdıqdan sonra onlara rəsmi bildiriş təqdim olunacaq.

Həmçinin HƏMAS hərəkatı da İsrailin 600 fələstinli məhbusu təhvil verdiyini təsdiqləyib və sazişə sadiqliyini bir daha xatırladaraq, onun bütün şərtlərinə və müddəalarına əməl etmək niyyətində olduğunu vurğulayıb.
"Biz razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqlara başlamağa hazırıq və bir daha bəyan edirik ki, Qəzza sektorunda bütün girovları azad etməyin yeganə yolu danışıqlar aparmaq və razılaşdırılmış şərtlərə riayət etməkdir", - deyə hərəkatdan bildirilib.
Videoya baxmaq üçün linkə daxil olun
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start