Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Gündəm
9 iyl 2025 | 12:30
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.

Bu barədə Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.

Ayxan Hacızadə İran İslam Respublikasının səfirinin diqqətinə çatdırıb ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib: “Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.

Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaylıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunsını qınayıb”

XİN rəsmisi qeyd edib ki, Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir: “Bununla əlaqədar, İran səfirinin Ermənistanın Armenpress agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil”.
Bu gün, 11:37
"Yeni Klinika"ya direktor təyin edildi - RƏSMİ
Bu gün, 11:36
Fransa ilə bağlı dəhşətli faktlar: 1600 uşağı ailəsindən zorla alıblar
Bu gün, 11:32
Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi
Bu gün, 11:29
DİQQƏT: Bakıda bəzi yollar bağlanacaq - SİYAHI
Bu gün, 11:00
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Bu gün, 10:30
Avropa İttifaqının Azərbaycandakı səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim edildi - FOTO
Bu gün, 10:24
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi - FOTO
Bu gün, 10:03
Kür daşdı, Kürdəmirdə evləri su basdı: "Heç bir tədbir görülmür" - VİDEO
Dünən, 13:47
Prezident beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışıb
Dünən, 13:45
Paşinyandan Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərinə REAKSİYA
Dünən, 13:44
Xalq artisti: "Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin"
Dünən, 13:02
Rezidenturaya qəbul imtahanı vermək istəyənlərin nəzərinə - DİM-dən XƏBƏRDARLIQ
Dünən, 13:00
Avropa dövlətləri birgə dəniz qüvvələri yaradır - Ciddi təhlükə gözlənilir?
Dünən, 12:49
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO
Dünən, 12:01
Xocavənd kəndinə daha 32 ailə yola salınıb
Dünən, 11:59
Bakıda "B-04" metro stansiyasının yerləşəcəyi DƏQİQ ÜNVAN - VİDEO
Dünən, 11:05
Ədliyyə Nazirliyi "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib
Dünən, 11:04
Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür - VİDEO
Dünən, 10:06
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Dünən, 09:03
Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM
29-04-2026, 15:18
Azərbaycanda gömrük ödənişlərinin qaytarılması müddəti ARTIRILIR
29-04-2026, 15:10
Sabirabadda iki kəndi birləşdirən körpü su altında qaldı
29-04-2026, 15:03
Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTO
29-04-2026, 15:01
Vətəndaşların NƏZƏRİNƏ: Bu gündən Maldiv adalarına vizasız gediş mümkündür
29-04-2026, 14:04
Gömrükdə yeni MƏHDUDİYYƏTLƏR: Malların saxlanma müddəti AZALDILIR
29-04-2026, 14:01
Maliyyə Nazirliyində YENİ TƏYİNAT
29-04-2026, 13:57
Bakıda boru partladı, küçəni su basdı