Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür - VİDEO
Mədəniyyət
30 apr 2026 | 11:04
Bu gün Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür.

Azerimedia.Az xatırladır ki, o, 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub.

Videoya baxmaq ucun linke kecid edin

1963-1964-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məktəblərində, 1974-1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. Xalq artisti bir çox ölkələrdə konsert proqramları ilə çıxış edib. 1989-cu ildə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər verib.

1964-1994-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib.

Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub.

2007-ci ilin may ayında "Şöhrət Ordeni"nə, 2014-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına və 2017-ci ildə isə "Şərəf" ordeninə layiq görülüb.

Dirijor, Əməkdar artist Əyyub Quliyevin atasıdır.

Ramiz Quliyev 2025-ci il oktyabrın 15-də 78 yaşında vəfat edib. İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dünən, 14:38
Cüdo üzrə Avropa Kuboku: Azərbaycanı kim təmsil edəcək?
Dünən, 14:34
İtkin düşən olimpiyaçı 44 gündən sonra tapıldı
Dünən, 14:30
Hövsanın bəzi ərazilərində SU KƏSİLƏCƏK
Dünən, 13:40
Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN
Dünən, 13:31
Hindistanda daşqınlar: Ölənlərin sayı artdı - VİDEO
Dünən, 12:10
"Card to card" əməliyyatlarına limit qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:05
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTO - VİDEO
Dünən, 11:52
Ağdərədə minaya düşən QHT əməkdaşlarının SON DURUMU
Dünən, 11:43
Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı
Dünən, 10:53
Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib
Dünən, 10:30
"Sabah" və "Qarabağ"ın rəqibləri bu gün bəlli olurlar - PÜŞKATMA
Dünən, 10:24
Magistraturaya qəbul olunanların nəzərinə: Qeydiyyat yalnız "mygov" üzərindən aparılacaq
Dünən, 10:16
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
Dünən, 09:51
İrandan Almaniyaya gedən yük maşını Naxçıvanda saxlanıldı - FOTO - VİDEO
Dünən, 09:38
Kolleclərə ixtisas seçimi başlayıb
31-07-2026, 14:33
Zelenski Rusiya ilə müharibədə Ukrayna ordusunun hərbi itkilərini açıqladı
31-07-2026, 14:04
Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı
31-07-2026, 13:54
Bakıda güləş üzrə dünya çempionatının beşinci günü
31-07-2026, 13:50
Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi
31-07-2026, 13:33
"Mərkəzi Asiya - Azərbaycan" sammitinin ilk iclası Türkmənistanda təşkil olunacaq
31-07-2026, 13:01
Tokayev: "Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir"
31-07-2026, 12:35
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
31-07-2026, 11:40
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO
31-07-2026, 11:24
Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı
31-07-2026, 11:23
Çolpon-Ata şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
31-07-2026, 11:14
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO
31-07-2026, 10:50
Dünya çempionatı: Güləşçimiz monqolustanlı rəqibini məğlub edib