"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi

"Global Media Group" və "Report" İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim olunub.
Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir.
Filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi, məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür.
44 günlük Vətən müharibəsi, həmçinin antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri - polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olur.
"Vətən daşı" filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi öz əksini tapıb.
Xatırladaq ki, film Vətən müharibəsi və antiterror tədbirlərinin ildönümü ərəfəsində sentyabrın 23-də tamaşaçılara təqdim edilib. Təqdimat mərasimində şəhidin valideynləri, döyüş yoldaşları, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, "Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumatı www.gmg.az veb-saytı və şirkətin sosial media səhifələrindən (Facebook | Instagram | LinkedIn | YouTube) əldə edə bilərsiniz.
Bu gün, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
Bu gün, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Bu gün, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Bu gün, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
Bu gün, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
Bu gün, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
Bu gün, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
Bu gün, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
Bu gün, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Bu gün, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Bu gün, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Bu gün, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Bu gün, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Bu gün, 09:30
AZAL bilet qiymətlərini endirdi
Bu gün, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 12:07
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb