Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi 1,7 milyard manat azaldılır
Gündəm / İqtisadiyyat
19 noy 2025 | 14:38
"2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38.6 milyard manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 22.2 milyard manatı və ya 57.4 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq ki, bu da cari illə müqayisədə 2.1 milyard manat və ya 10.6 faiz çoxdur. Bununla da, cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülən hissəsi 88 faiz proqnozlaşdırılır".
Azerimedia.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, qeyri-neft sektorundan gəlirlərin 13.3 milyard manatını vergi orqanlarının, 6.9 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, bir milyard manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 531 milyon manatını sair daxilolmalar, 450 milyon manatını isə dividendlər təşkil edəcək:

"Neft-qaz sektorundan gəlirlər isə 16.4 milyard manat və ya büdcə gəlirlərinin 42.6 faizi məbləğində proqnozlaşdırılır. Bu daxilolmaların 3.6 milyard manatı konsorsiumlar və Dövlət Neft Şirkətinin (ADNŞ), 12.8 milyard manatı isə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin payına düşür".

S.Babayev vurğulayıb ki, qeyri-neft gəlirlərində artım hesabına 2026-cı ildə Fonddan dövlət büdcəsinə transfertin həcmi 1.7 milyard manat azalacaq:

"Bu amil ARDNF-nin ehtiyatlarının qorunması strategiyamıza tam uyğundur.

Beləliklə, cari illə müqayisədə cəmi vergi orqanlarının xətti ilə daxilolmalar 9.1 faiz, gömrük rüsumları və idxala vergi daxilolmaları 4 faiz, ödənişli xidmətlər üzrə daxilolmalar 16 faiz, digər daxilolmalar isə 9.6 faiz çox olacaq"
Dünən, 16:40
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər - FOTO
Dünən, 16:31
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Dünən, 15:33
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
Dünən, 15:30
Bakı metrosunda iş rejimi dəyişdirilir
Dünən, 14:32
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:30
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
Dünən, 13:24
Ankarada helikopter qəzaya uğradı - Yaralılar var
Dünən, 13:08
Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
Dünən, 12:59
Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
Dünən, 12:56
Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
Dünən, 12:30
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
Dünən, 12:05
Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord
Dünən, 11:00
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
Dünən, 10:36
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Dünən, 09:21
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
Dünən, 09:02
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
21-07-2026, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
21-07-2026, 18:00
Rusiya ordusu Ukraynada bir qəsəbəni nəzarətə götürüb
21-07-2026, 17:41
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
21-07-2026, 17:40
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"
21-07-2026, 17:35
Qızıl və gümüş bahalaşdı
21-07-2026, 17:22
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
21-07-2026, 16:50
Almaniya kansleri: "Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir"
21-07-2026, 16:49
Prezident: "Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir"
21-07-2026, 16:36
"Qış Parkı" yeraltı parklanma ərazisi "Parkzone" sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
21-07-2026, 16:30
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
21-07-2026, 15:25
İlham Əliyev ilə Fridrix Mertsin təkbətək görüşü keçirilib