İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar - FOTO
Gündəm
15 may 2026 | 14:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki "Həzrət Sultan" Muzey-Qoruğu ilə tanış olub.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçılarına qoruq haqqında məlumat verilib. Bildirilib ki, "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki "Nadir Eksponatlar Zalı" Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi məqbərəsinə aid nadir artefaktlar nümayiş olunur. Hazırda muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat var ki, onların da təxminən 80 faizi artefaktdır.

Sonra Türküstanda yerləşən Xoca Əhməd Yasəvi məqbərəsi ilə tanışlıq olub. Bura Mərkəzi Asiyanın ən böyük islam memarlığı abidələrindən biridir və Qazaxıstanın mənəvi rəmzi kimi qəbul edilir. Məqbərə XIV əsrin sonunda görkəmli sufi şair, mütəfəkkir Əhməd Yasəvinin dəfn olunduğu yerdə Əmir Teymurun göstərişi ilə inşa olunub. Vahid memarlıq dizaynına malik bu kompleksdə 35-dən çox müxtəlif təyinatlı otaq yerləşir. Nadir artefaktların saxlanıldığı məqbərə islam dünyasının mənəvi və mədəni mərkəzlərindən biri hesab olunur.















Dünən, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Dünən, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Dünən, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
Dünən, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
Dünən, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
Dünən, 10:14
Dövlət universiteti işçilər axtarır
Dünən, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
Dünən, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
21-09-2026, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
21-09-2026, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
21-09-2026, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
21-09-2026, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
21-09-2026, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
21-09-2026, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
21-09-2026, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
21-09-2026, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
21-09-2026, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
21-09-2026, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
21-09-2026, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
21-09-2026, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
21-09-2026, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
21-09-2026, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
21-09-2026, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI