Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin yox olmaqdan xilas edildiyi tarix - VİDEO
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Azerimedia.Az xatırladır ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı.
Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Azərbaycan xalqı böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Bu gün, 14:13
Rusiya Ermənistana qaz tədarükünü dayandırdı
Bu gün, 14:12
Quba-Xəzəryanı ərazidə neft-qaz axtarışlarına start verilir
Bu gün, 14:06
"Trabzonspor" baş məşqçi postuna Şenol Güneşi gətirir
Bu gün, 13:19
Azərbaycanla Qırğızıstan arasında daha bir mühüm addım - Sazişlər təsdiqlənir
Bu gün, 13:11
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir
Bu gün, 13:08
Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı
Bu gün, 12:30
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Bu gün, 11:33
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 11:28
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Bu gün, 11:24
Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
Bu gün, 11:06
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Bu gün, 10:50
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 10:40
Nazirlikdən yeniyetmələrlə bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:35
Şeyxülislam süni intellektdən danışdı - VACİBDİR
Bu gün, 10:30
Azərbaycanda bu məhsulun qiyməti 10 ildir dəyişmir - SƏBƏBLƏR AÇIQLANDI
Bu gün, 10:10
Küləkli havada bu işlər dayandırılacaq - YENİ LAYİHƏ
Bu gün, 09:41
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Bu gün, 09:40
Bakı metrosunda problem - QATARLAR TUNELDƏ QALDI - YENİLƏNİB
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb