Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO
Gündəm
31 iyl 2026 | 11:40
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə ediblər.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə ediblər.

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə ediblər.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə ediblər.

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi"ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə ediblər.

2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi"ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə ediblər.

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov mübadilə ediblər.

"Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Maksat Asanaliyev mübadilə ediblər.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin sədri Kayrat Mamatov mübadilə ediblər.

"Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə ediblər.

Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum"u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə ediblər.

"Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə ediblər.

"AzerGold" QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum"u "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov mübadilə ediblər.

09:06

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.










3-09-2026, 14:16
3 uşağı olan ailələrə şad xəbər - müavinət verilə bilər
3-09-2026, 14:14
Tramp-Si görüşünün şifrələri: Tayvan, İran, ticarət savaşı, süni intellekt
3-09-2026, 14:10
ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
3-09-2026, 14:05
Türkiyədə anbar ərazisində güclü yanğın baş verib - FOTO - VİDEO
3-09-2026, 14:00
Bu gündən Azərbaycanda yeni qaydalar qüvvəyə mindi
3-09-2026, 13:08
Alen Simonyan Bakıya səfər edəcək?
3-09-2026, 12:50
Ermənistan tələyə düşüb, “peşka” rolunu oynayır - Danielyan
3-09-2026, 12:40
Əhməd Davudoğluya qarşı istintaq başladıldı
3-09-2026, 12:00
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar - FOTO
3-09-2026, 11:41
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb
3-09-2026, 11:18
Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib
3-09-2026, 11:08
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO
3-09-2026, 10:30
İrana qarşı hərbi əməliyyatlar 2027-ci ilədək uzana bilər
3-09-2026, 10:20
Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
3-09-2026, 09:30
Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
2-09-2026, 10:42
Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
2-09-2026, 10:14
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
2-09-2026, 09:46
Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM
2-09-2026, 09:30
Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR
1-09-2026, 14:00
Sahibə Qafarova bu vəzifəyə namizəd oldu
1-09-2026, 13:59
Bakıda ev almağın ən sərfəli yolu budur
1-09-2026, 13:57
TƏBİB-in tabeliyindəki bu qurumda yeni təyinatlar olub
1-09-2026, 13:53
Xaçmazın kəndinə sel gəlib - VİDEO
1-09-2026, 12:46
7568,9 hektar ərazi minalardan təmizlənib
1-09-2026, 12:24
89 uşaq övladlığa verilib
1-09-2026, 12:03
Deputatlar tətildən qayıtdı - İndi nə edəcəklər?
1-09-2026, 11:28
Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO