Dövlətin gələcəyinin qarantı
Gündəm
24 noy 2023 | 16:00



Prezident İlham Əliyev ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmək məqsədilə mühüm dövlət proqramları imzalamış, regionlarımızın tarazlı inkişafına hesablanan ardıcıl və qətiyyətli addımlar atmışdır. Dövlət başçısı prezident İlham Əliyev ilkin addım kimi “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramını imzalamaqla sosial-iqtisadi inkişafın əsas istiqamətlərini müəyyənləşdirmişdir.
İqtisadi siyasətdə əsas yer verdiyi qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoymuşdur. Bu mühüm sənədlərin qəbul edilməsindən sonra az vaxt içərisində respublikanın regionları sürətli inkişaf yoluna qədəm qoymuş, ixrac qabiliyyətli sənaye müəssisələri istifadəyə verilmiş, sahibkarlıq fəaliyyəti genişləndirilmiş, yeni iş yerləri açılmış, vətəndaşlarımız yüksək maaşlı işlə təmin edilmişlər.
Dövlət başçısı mərkəzi və yerli icra strukturlarına Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə konkret tapşırıqlar vermişdir. İş adamlarının hər tərəfli fəaliyyət göstərmələri üçün lazımı şəraitin yaradılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Prezident İlham Əliyev tez-tez Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edərək infrastrukturların, sənaye müəssisələrinin, səhiyyə müəssisələrinin, böyük idman komplekslərinin, məktəblərin açılış mərasimlərində iştirak edərək tikinti-quruculuq işlərinin davamlı olacağını bildirir. Hər səfərində xalq tərəfindən böyük rəğbətlə qarşılanan ölkə prezidenti altı illik fəaliyyəti dövründə gördüyü işlərlə bir daha bu siyasi kursun düzgün olduğunu təsdiqləmişdir. 2023-cü illər ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə səciyyələnit və Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan bu uğurları isə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, islahatların ardıcıl həyata keçirilməsi,iqtisadi inkişafda yeni hədəflərin müəyyən edilməsi və cəmiyyətin real ehtiyyatlarının ödənilməsinə yönəldilmiş Dövlət proqramlarının reallaşdırılması, dövlətin maliyyə imkanlarının artması,regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi təmin edilmişdir.
Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqla və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri həm də özlərinin həyat səviyyəsində, rifahında hiss etməkdədir.
“Mən bütün Azərbaycanlıların prezidenti olacağam” – deyən cənab İlham Əliyev andiçmə mərasimində xalqa yaxşı prezident olacağını bəyan etmişdir. Respublikamızda yoxsulluğun azaldılması istiqamətində də məqsədyönlü tədbirlər həyata kemirilir. Bu da qədirbilən prezidentimizin qarşısına qoyduğu ali məqsədlərdəndir. Belə ki, aparılan islahatlar nəticəsində yoxsulluq şəraitində yaşayanların sayı illərlə müqayisədə xeyli aşağı düşüb. Proqnozlar göstərir ki, aparılan zəruri tədbirlər nəticəsində bu problemi əks etdirən rəqəmlər daha da aşağı düşəcək. Hər halda bu vaxta qədər görülmüş və nəzərdə tutulan işlər belə deməyə əsas verir. Yoxsulluq səviyyəsinin azaldılması artıq öz-özlüyündə çox gözəl göstəricidir. Amma vəzifəmizdə aydındır. Azərbaycanda heç kim yoxsulluq səviyyəsində yaşamamalıdır, yoxsul insan olmamalıdır. Mən ümid edirəm ki, gələcəkdə də bütün əlaqədar tərəflər, hökumət, beynəlxalq təşkilatlar,dünyanın maliyyə qurumları, sahibkarlar, qeyri-hökumət təşkilatları, biz hamımız bu məqsədlə xidmət etməliyik. Əminəm ki, məqsədimizə çatacağıq.

Vüsal Hüseynov,
Yasamal rayon MKTB-nin rəisi
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Dünən, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Dünən, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Dünən, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Dünən, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
23-11-2026, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
23-11-2026, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
23-11-2026, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
23-11-2026, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq