Azərbaycan Prezidenti özbəkistanlı həmkarı ilə görüşüb - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, sizi yenidən görməyimə çox şadam.
Biz bu ay Özbəkistanda görüşmüşük və bu gün təmaslarımızı davam etdiririk. Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Əlbəttə, bu, çox xoşdur. Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəri zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaq. Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komandaların üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası - nəticə. Nəticələr artıq görünür. Biz Sizinlə iqtisadi, ticari, sənayenin inkişafı və kooperasiya üzrə çox iddialı plan müəyyən etmişik və hamısı yerinə yetirilir. Sizinlə razılaşdığımız kimi, biz müntəzəm olaraq tapşırıqların icrasına nəzarət edirik, hələ ki, öz tərəfimizdən heç kimə irad tutmamışıq. Srağagün SPECA-ya üzv ölkələrin sərgisi ilə tanış olduqda və Sizin hörmətli nazirlə Özbəkistan stendini bir daha ziyarət etdikdə, mən öz səfərim zamanı Daşkənddə şahidi olduqlarımı, məhz Sizin yaratdığınız sənaye gücünü yenidən gördüm və xatırladım.
Bu gün biz kooperasiya çərçivəsində, qarşılıqlı investisiyalar çərçivəsində, mahiyyətcə, həmçinin, özümüzü təmin etməyə və ixraca istiqamətlənmiş birgə istehsalı yaradırıq. Bütün istiqamətlər üzrə fəal iş gedir. İli ikitərəfli münasibətlərin yaxşı nəticələri ilə başa vururuq, əlbəttə ki, növbəti ildən də yeni nəticələr gözləyirik.
Bir daha xoş gəlmisiniz.
Sonra Prezident Şavkat Mirziyoyev çıxış edərək dedi:
- Çox sağ olun. Sizi bir daha gördüyümə, görüşməyimə şadam. Həqiqətən, mən də çox sevinirəm. Siz düzgün qeyd etdiniz ki, bu il bizim üçün çox zəngin il olub. Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm, çünki Siz doğru qeyd etdiniz, biz Sizinlə razılaşmışıq ki, görüşlərimiz çox olduğu üçün nəticələr də çoxdur. Xalqlarımız da ölkələrin liderləri arasında belə səmimi, etimada əsaslanan çox yaxşı münasibətlərin olduğu zaman, əlbəttə, nəticənin də olmasını görürlər. Beləliklə, bir daha Azərbaycanda, gözəl Bakıda olmağıma şadam. Özümü evimdəki kimi hiss edirəm. Hava da elə bizdəki kimidir. Dünən mən tez gəldim, ətrafı seyr etdim və mənim üçün çox xoş oldu.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli dinamik inkişafından məmnunluq ifadə olunub, dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib. Özbək xalqı adından Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb binasının inşasına görə minnətdarlıq bildirilib.SPECA-nın 25 illiyinə həsr olunan Zirvə görüşünün önəmi, eləcə də Azərbaycanın və Mərkəzi Asiyanın geosiyasi, iqtisadi və siyasi baxımdan vahid məkan olduğu vurğulanıb.
İqtisadi-ticari əlaqələrinin müxtəlif sahələrdə, həmçinin yeni əməkdaşlıq istiqamətlərində genişləndirilməsi ilə bağlı konkret layihələr müzakirə edilib.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri qeyd olunub.
12:36

14-08-2026, 13:17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB
14-08-2026, 12:21
Yeni ekspres marşrutlar fəaliyyətə başladı
14-08-2026, 11:30
Xalq artisti Alim Qasımovun doğum günüdür - VİDEO
14-08-2026, 11:22
Pensiyalar ödənildi
14-08-2026, 11:13
Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
14-08-2026, 11:10
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi - VİDEO
14-08-2026, 10:45
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
14-08-2026, 10:20
Azərbaycan XİN Pakistanı təbrik etdi
14-08-2026, 10:01
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
14-08-2026, 10:00
Kolleclərə qəbulun nəticələri elan olundu
12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub