Dövlət və hökumət rəsmiləri ulu öndər Heydər Əliyevin xatirəsini yad edirlər - YENİLƏNİR + FOTO +VİDEO
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi və xidmət əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.
XRİTDX rəisi general-leytenant İlqar Musayev və xidmət əməkdaşları ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsi böyük ehtiramla yad ediblər.
Onlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.


[/center12:13
Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.
Baş prokuror Kamran Əliyev və qurumun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsi böyük ehtiramla yad ediblər.
11:59
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər
Müasir dövlətçiliyimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, Nazirliyin rəhbər heyəti və Daxili Qoşunların bir qrup hərbi qulluqçusu Fəxri Xiyabanı ziyarət edib.
Ulu öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
11:33
Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Ziyarət zamanı, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
[center]




11:00
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
10:21
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin rəhbəri Bahar Muradova və Milli Məclisin deputatları Fəxri xiyabanı ziyarət ediblər.
Rəsmilər ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoyublar.
09:46
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ziyarət başlayıb.
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi Hikmət Hacıyev, digər dövlət və hökumət rəsmiləri, o cümlədən müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərəm Vəliyev, daxili işlər naziri Vilayət Eyvazov, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Bu gün, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Bu gün, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Bu gün, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Bu gün, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Bu gün, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Bu gün, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Bu gün, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Bu gün, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Bu gün, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Bu gün, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Bu gün, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Bu gün, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Bu gün, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Bu gün, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Bu gün, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
Dünən, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
Dünən, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
Dünən, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
Dünən, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq

