Ən böyük fenomenal şəxsiyyət
Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, H.Əliyev kimi zəngin təcrübəyə malik siyasətçi, rəhbər, müdrik insan çətin bir dövrdə yenidən Azərbaycana rəhbərlik etməyə başladı. Onun öz zamanında həyata keçirdiyi iqtisadi islahatlar siyasəti ölkədaxili ziddiyyətlərin sabitləşməsinə gətirib çıxartdı və bu gün də o siyasət öz bəhrəsini verməkdədir.
Heydər Əliyev bəşər tarixində, yəni üfüqdə parlayan bir ulduza bənzəyir. O sönməyən, həmişəyaşar bəşəriyyətə işıq saçan bir möcüzəvi, qeyri-adi qüvvə idi. O, dövlətçiliyimizin sükanı arxasında yorulmadan, bezmədən sonsuz məhəbbətlə çalışıb, vuruşurdu. Özünün təbirincə desək: “Azərbaycanın dünyaya günəştək doğacağına çox böyük məsuliyyətlə çalışırdı” H.Əliyev dühasına böyük uğurlar qazandıran əsas xüsusiyyətlər ağıl, dərin bilik, iradə idi.
1969-cu ilin iyununda H.Əliyevin Azərbaycanda siyasi hakimiyyətin idarəçiliyinə başlaması, Azərbaycan adlı məmləkətin Sovet imperiyasının tərkibində olan bütün respublikalar içərisində gündən-günə çiçəklənməsinə, şöhrətlənməsinə, bütün dəyərlərlə tanımasına və qəbul edilməsinə şərait yaratdı. Dünyanın tanımış filosoflarından birinin belə kəlamı var: “Tarix şəxsiyyəti deyil, şəxsiyyət tarixi yaradır”. Doğrudan da milli liderimiz H.Əliyevin bütün həyatı boyu Azərbaycanın hərtərəfli inkişafı, tərəqqisi üçün çalışması sayəsində onun adı, çağdaş tariximizə qızıl hərflərlə yazıldı. O, bütün sahələrdə Azərbaycanın sürətli inkişafını təmin edən Qərb aristokratiyası ilə Şərq müdrikliyini birləşdirərək ölkəmizi beynəlxalq arenaya tanıtdırdı, varlığımızı sübuta yetirdi. O, yalnız yaşadığı dövrü düşünüb təhlil etməklə kifayətlənmədi, eyni zamanda fitri istedadına erudisiyasına söykənərək Azərbaycanın 15-20 il sonrakı problemlərini,eləcə də gələcək inkişaf konsepsiyasını hazırladı. O, son illərdə Ermənistan-Azərbaycan konfiliktində atəşkəs rejiminə nail olmaqla yanaşı, uğurlu kadr siyasəti, torpaq islahatı, azad sahibkarlığın inkişafı və digər fundamental əhəmiyyət kəsb edən məsələləri dahiyanə şəkildə həll etdi. Təhsil sahəsində apardığı islahatlar, köklü dəyişikliklər öz bəhrəsini verdi. İllər keçdikcə H.Əliyev dühasının qüdrətini, böyüklüyünü daha da dərindən hiss etmək, parlaq şəxsiyyətin zəkasına, intelektinə heyran qalmamaq mümkün deyil. H.Əliyevin ən böyük nailiyyətlərindən biri yeni Azərbaycan Partiyasını yaratmaq olmuşdur. 1992-ci ildə partiyanın Naxçıvanda ilk təsis konfransında H.Əliyev proqram və prinsipləri ilə Azərbaycanın gələcək həyatında oynadığı rolu müəyyənləşirdi.
Ümummilli liderimiz vətənpərvərlik, azərbaycançılıq, sosial-ədalət prinsipləri kimi dünyəvi dəyərlərə söykənən və onlardan qaynaqlanan bir ümumxalq partiyası yaratmağı qarşıya məqsəd qoydu. Həmin partiyanın sosial bazasını təşkil edənlər bu gün müstəqil, azad Azərbaycanımızın taleyüklü məsələlərini həll edən, dünyəvi dəyərlərdən bəhrələnən, şəffaf, demokratik seçki yolu ilə yeni deputat korpusu formalaşdırmışdır. Mən fəxrlə deyə bilərəm ki, əsrin neft kontraktının işə salınması ilə Azərbaycan dünyaya günəştək doğdu. Günəş isə əbədiyaşar bir varlıqdır. Həmin varlığın özünün günəşi isə H.Əliyevdir deyərdim. Mən özümü daima xoşbəxt hesab edəcəyəm ki, məhz belə bir dahi şəxsiyyətlə eyni zamanda yaşamışam. Zaman keçdikcə, nəsillər dönə-dönə H.Əliyev irsinin öyrənilməsinə ehtiyac duyacaqdır. Belə bir müqəddəs məktəb yalnız Azərbaycanda olacaq. Bax, bu amal uğrunda çalışmaq lazımdır ki, Heydər Əliyev ideyalarının gerçəkləşməsinə nail olaq.
Ceyran Əhmədova,
Kürdəxanı Sağlamlıq mərkəzinin
baş həkimi
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Dünən, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Dünən, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Dünən, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Dünən, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
23-11-2026, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
23-11-2026, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
23-11-2026, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
23-11-2026, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq