Müstəqilliyin əbədiliyi üçün görülən işlər
Gündəm
21 dek 2023 | 08:20

Müstəqilliyimizin daha da möhkəmlənməsi ilə hər birimizdə yeni bir fərəh, qürur hissi doğuran doğma Vətənimizdə dövlətçilik ənənələrinin milli dəyərlər üzərində formalaşması öz təsdiqini xüsusən onda tapar ki, dövlətin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətdə məhz vətəndaş amili, onun mənafeyi müdafiəsi strateji məqsəd kimi nəzərdə tutulur.

Ölkəyə, onun vətəndaşlarına böyük öndər Heydər Əliyev qayğıkeşliyindən qaynaqlanaraq formalaşan Milli dövlətçilik ənənələri Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi məqsədilə apardığı uğurlu siyasəti daha da möhkəmlənir və çiçəklənir.
Bu, danılmaz bir həqiqətdir ki, bütün dövrlərdə ölkə başçısının vətəndaşlarına münasibəti həmin dövlətin ictimai-siyasi, sosial-iqtisadi sahələrdə addığı addımlar üçün də uğurlu olur.
Ona görə də ümummilli liderimizin siyasi missiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin ölkə əhalisinə, əhalinin hər nəfərinə humanist yanaşması, Prezidentin “Azərbaycan vətəndaşı” sözünü daima qürurla söyləməsi - “Azərbaycanın hər bir vətəndaşının Prezidenti” kimi uğurlu fəaliyyəti dövlət və vətəndaş birliyini, qarşılıqlı inam və etibarını möhkəmləndirir.
Məhz bu səbəbdəndir ki, Azərbaycanda bu gün vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu demokratik cəmiyyət quruculuğu prosesləri uğurla aparılırvə bu proseslərə ən böyük dəstək məhz dövlət başçısı tərfində göstərilir.
Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Prezidenti tərfindən alınan hər bir addım məhz azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə və ölkə vətəndaşlarının maraq və mənafeyinə xidmət edir. Vətəndaşların rifah halının yüksəldilməsi naminə ölkədə güclü infrastruktur yaradılır, müxtəlif sosial-iqtisadi layihələr həyata keçirilir. Bu isə öz növbəsində xalqın yaşayış səviyyəsinin daha da yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına əsaslı zəmin yaradır.
Əlbəttə, Azərbaycan vətəndaşlarının maraq və mənafelərinin təminatı istiqamətində dövlət siyasətinin daha çevik xaraket aldığı indiki şəraitdə, sözsüz ki, hər bir Azərbaycan vətəndaşları bütün bunları müdafiə etməli, qorumalı və davam etdirməlidir. Biz yaxşı bilirik ki, Azərbaycan dövlətinə və Prezidentinə sədaqət, Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə layiqli xidmət deməkdir. Müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Heydər Əliyevin ali ideyalarının davamçısı kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirən prezident İlham Əliyevi məhz yalnız bu cür xarakterizə etmək olar və bu kimi şəxsiyyət məhz Milli sərvət kimi qorunmalıdır. Çünki Azərbaycanın ona bu gün ümidləri böyükdür. Xalq ona inanır və rəğbət bəsləyir.
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə dönmədən demokratiya yolu ilə addımlayır, getdikcə dünyaya və Avropaya daha sıx inteqrasiya edir. Azərbaycan xalqı qətiyyətlə inanır və əmin olur ki, İlham Əliyevin prezidentliyi müddətində Azərbaycan Respublikası bundan sonra da inkişaf edəcək və tərəqqi yolu ilə gedəcək.
Azərbaycan Respublikasınıngünəşli sabahı üçün, inkişaf naminə Prezindent İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı”(2021-2023-cü illər) təsdiq edilmişdir. Bu sənəddə respublikanın sosial-iqtisadi inkişafının əsas parametrləri müəyyənləşdirilmiş, iqtisadi və struktur islahatlarının sürətləndirilməsi, regionların inkişaf etdirilməsi, strateji baxımdan mühüm obyektlərin inşası, işsizliyin aradan qaldırılması, əhalinin maddi rifahının yüksəldilməsi, başqa-başqa mühüm vəzifələr irəli sürülmüşdür.Əldə edilmiş bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin iqtisadi siyasət xəttinin həyata keçirilməsinin nəticəsidir və həmin siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycanın bütün regionları özünün inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı fərmanları regionların inkişaf tempinə təkan verib. Həyatın qaynaqlığı, adamların işə məsuliyyəti hər yerdə hiss olunur. Ən sevindirici hal budur ki, istər sosial –iqtisadi inkişafın artırılması, istər tikinti abadlıq sahəsində görülən işlər geniş miqyasda genişlənməyə başlayıb. Taleyini torpağa bağlamış çörəyini halal zəhmətlə qazanan xalqımız gələcəklərinə inamla baxırlar, görülən hər işdən, hər yenilikdən qürur hissi duyurlar. Azərbaycanın xoş gələcəyinin təminatçısı gənc, qəlbi vətən üçün döyünən, layiqli varis İlham Əliyevdir. Hər bir azərbaycanlı öz əməli işi prezidentimizə yardımçı olmaqdır. Fəaliyyətə başladığından illər ərzində İlham Əliyevin əldə etdiyi uğurları saymaqla qurtarmaz. İnanırıq ki, bu uğurların sayı gündən –günə artacaqdır. Prexident İlham Əliyev rəhbərliyə gəldiyi ilk gündən ölkəmizin hərtərəfli inkişafına nail olmağı qarşısına əsas məqsəd qoymuşdur. İlham Əliyev ümummilli liderimiz Heydər Əliyev kimi xalqa arxalanaraq gücünü xalqdan alır. Məhz buna görə də daim xalqın arasındadır. Xalqın ən çətin ağır günlərində daim yanındadır. Xalq öz prezidentinə inanır. Geniş həyat təcrübəsinə malik Heydər Əliyev nahaq yerə söz düşəndə demirdi: “ Mən İlham Əliyevə özüm qədər inanıram və onun gələcəyinə böyük ümid bəsləyirəm” hər dəfə olduğu kimi bu sözlərin də ulu öndər yanılmamışdır.
Hörmətli prezident Sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni il və doğum gününüz münasibətilə Qobustan Milli-Tarixi Qoruğun əməkdaşları adından təbrik edir, gələcək işlərinizdə müvəfəqiyyətlər arzulayırıq.

Vüqar İsayev,
Qobustan Milli-Tarixi Qoruğun direktoru

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start