Aparılan islahatlar ölkənin inkişafında mühüm rol oynayır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyinə, sürətli iqtisadi inkişafa, sosial tərəqqiyəxidmət edən mükəmməl konsepsiya formalaşdırılmışdır. İlham Əliyevin prezidentliyi dövrü böyük iqtisadi, quruculuq işləri, maddi həyat səviyyəsinin yaxşılaşdırılması, ictimai-siyasi sabitliyin qorunub saxlanılması kimi mühüm amillərlə müşahidə olunur.
Azərbaycanda mövcud sahələri inkişafın yeni mərhələsinə doğru istiqamətləndirən İlham Əliyev xalqa verdiyi vədlərin hamısını yerinə yetirmiş, gözlənilənlərdən dəfələrlə artıq iş görməyə nail olmuşdur. İlham Əliyevin ümummilli liderimiz, bütün dünyada böyük siyasətçivə dövlət xadimi kimi tanınaraq, rəğbət qazanan Heydər Əliyev siyasi məktəbinin yetirməsi olması Azərbaycana əlavə stimul verir.
Dünyanın əksər ölkələrinin politoluqlarının “Heydər Əliyev siyasi akademiyası” adlandırdığı həmin məktəb öz məzunlarının cəsarətli, qətiyyətli, düzgün, uğurlu addımlarıyla tarixləşir. Həm şərqdə, həm Qərbdə böyük nüfuza malik olan hər iki sivilizasiyanın mənəvi və siyasi dəyərlərini mənimsəyən İlham Əliyev bir çox tanınmış siyasətçilərdən, dövlət xadimlərindən yüksək özünəməxsus xüsusiyyətləri ilə fərqlənir.
İlham Əliyev hələ Milli Məclisin üzvü olarkən Azərbaycan parlamentinin AŞ PA-dakı nümayəndəliyinin rəhbəri kimi böyük uğurlara imza atmışdı. Onun bu nüfuzlu beynəlxalq təşkilatın sədr müavini və büro üzvü seçilməsi təsadüfi deyildi. İlham Əliyevin güclü siyasətçi olması, savadı, bacarığı, istənilən məsələnini müzakirəsi zamanı emosionallığa yol vermədən təmkinlə, səbrlə çıxış etməsi, şəxsi keyfiyyətləri, bir neçə xarici dildə sərbəst danışması, eləcə də digər keyfiyyətləri nəzərə alınaraq AŞ PA sədrinin müavini və büro üzvü seçilməsi böyük səs çoxluğu ilə qəbul edilmişdir.
Təbii ki, bu nailiyyət İlham Əliyevin sonrakı fəaliyyətində daha böyük uğurların qazanılması ilə müşahidə olunurdu. Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar siyasətini pisləyən, onun işğalçı kimi tanınmasını rəsmiləşdirən sənədin qəbul olunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizdə gedən demokratik islahatların və proseslərin dünyada yüksək qiymətləndirilməsi və s. İlham Əliyevin xalq qarşısında göstərdiyi xidmətlərin bariz nümunəsi idi.
İlham Əliyev bu gün öz tarixi missiyasını uğurla yerinə yetirir.həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan həm dünyanın aparıcı dövlətləri, həm də qonşu ölkələrlə sıx dostluq, əməkdaşlıq münasibətləri yaratmışdır. Azərbaycan diplomatiyasının böyük uğurlar qazanması nəticəsində işğalçı ermənistanın xarici siyasəti iflasa uğramış, bu dövlət beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi ilə üzləşmişdir. İndi Azərbaycan sürətlə inkişaf edir, təcavüzkar Ermənistan isə bütün sahələrdə tənəzzülə uğramışdır.
İlham Əliyev təkcə xarici siyasətdə deyil, bütün sahələrdə uğurlar qazanmışdır. Bu uğurları şərtləndirən başlıca amillərdən biri və demək olar ki, birincisi, sosial-iqtisadi, daxili və xarici siyasətin düzgün müəyyənləşdirilməsi, ardıcıl şəkildə həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan bu gün də ən mühüm sahədə iqtisadi inkişaf şəraitinə görə dünyada liderdir. Bu isə ölkəmizin potensial imkanlarının getdikcə genişləndirilməsindən, qarşıda duran vəzifələrin yerinə yetirilməsindən xəbər verir.
Təbii ki, İlham Əliyevin xalq qarşısında tarixi xidmətləri təkcə bunlardan ibarət deyil.
Mühüm dövlət təsisatlarından olan Ədliyyə orqanlarında dövrün tələbinə uyğun olaraq , mütəmadi həyata keçirilən hüquq islahatlarının əsasında ümummilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Təsadüfi deyil ki, Azərbaycanda hüquq sahəsində, o cümlədən məhkəmə orqanlarında həyata keçirilən islahatlar aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin bu tarixi xidmətləri təbii ki, xalqın diqqətindən kənarda qala bilməzdi.
Fürsətdən istifadə edib mən və Ədliyyə işçiləri böyük öndər Heydər Əliyevin işıqlı idea və amallarına, siyasi irsinə sadiq olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni il və ad günü münasibəti ilə təbrik edir, ona çətin və şərəfli işində yeni-yeni müvəffəqiyyətlər arzu edirik.
Elçin Kazımov,
Abşeron rayon məhkəməsinin sədri
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
