İlham Əliyev Bakıda DSX-nin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
Gündəm / Video
15 yan 2024 | 12:47
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Sonra Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında yerləşən hospital kompleksi barədə dövlətimizin başçısına məlumat verilib.

Bildirilib ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək.

Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək.

İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.

Hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok yerləşir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı (barokamera) quraşdırılıb.

Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. DSX-də qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi də yaradılıb.

Hərbi hospitalın laboratoriya şöbəsində ən yeni müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin laborator avadanlığı quraşdırılıb. Müalicə ocağı dövrün tələblərinə uyğun çağrı və nəzarət sistemləri ilə təmin olunub. Hərbi hospitalda klinik fəaliyyətin, yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması şəraiti yaradılıb.

Hərbi hospitalın yerləşdiyi 3 hektar ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq sahələri salınıb.

Sonda xatirə şəkli çəkdirilib.

10:38

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.






















Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start