İlham Əliyevin Türkiyə səfəri yerli mətbuatın DİQQƏTİNDƏ
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini Prezident Rəcəb Tayyib Ərdoğan ilə müzakirə etməsi iki qardaş dövlətin beynəlxalq aləmdə baş verən proseslərə vahid mövqedən yanaşdığını bir daha göstərir.
Bu fikirlər Prezident İlham Əliyevin səfərini işıqlandıran Türkiyə mətbuatında yer alıb. Türkiyənin “Sözçü”, “Hürriyet”, “Yeniçağ”, “Sabah”, “Aydınlık”, “Posta”, “Türkiye” qəzetlərində və digər nəşrlərdə yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfərinin iki qardaş ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit və enerji sahələrindəki qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verəcəyi bildirilib.
“Hürriyet” qəzetinin müxbiri Selçuk Böke yazıb ki, hazırda Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 7,5 milyard dollardır. Tərəflər qarşıya bu rəqəmi 15 milyard dollara çatdırmağı məqsəd qoyublar. Ticarət dövriyyəsinin artması hər iki ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına və iqtisadiyyatın böyüməsinə təsir göstərir.
“Yeniçağ” qəzetində yayımlanan xəbərdə qeyd edilib ki, Türkiyədən Naxçıvana təbii qazın nəqli üçün boru xətti və dəmir yolunun çəkilməsi məsələsinə baxılıb. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq hər iki ölkəyə Asiya ilə Avropa arasında nəqliyyat dəhlizi olmaq imkanı verir. Nəqliyyat dəhlizi imkanı dövlətlərə tranzit gəlirlərlə yanaşı, həm də siyasi dividend də qazandırır.
Qəzetdə ölkələrimizin enerji sahəsində də fəal əməkdaşlıq həyata keçirdiyi xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Hazırda Azərbaycan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edir. Bu həcmin gələcəkdə artırılması nəzərdə tutulub.
“Sabah” qəzeti vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının dövlət başçıları səviyyəsində növbəti toplantısının işğaldan azad olunan Şuşa şəhərində bu ilin iyununda keçirilməsi türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstəyi göstərir.“Posta” qəzetində yer alan xəbərdə bildirilib ki, Türkiyə regionda davamlı sülhün təmin olunmasına çalışan Azərbaycana hər zaman dəstək verəcək. Türkiyə həm diplomatik, həm də hərbi sahədə Azərbaycanı dəstəkləyir.
“Türkiyə” qəzeti vurğulayib ki, Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaqla yanaşı, beynəlxalq yükdaşımaların da həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının gündəmində əsas xəbər olub. Yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edilib.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start