Qərbi Azərbaycan İcması Aİ və ABŞ-ni regionda vəziyyəti gərginləşdirməməyə çağırıb
Gündəm
8 apr 2024 | 18:42
Qərbi Azərbaycan İcması Aİ və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb.

Bu barədə icmanın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen arasında 5 aprel 2024-cü il tarixində Brüsseldə keçirilmiş görüşdə Avropa İttifaqı və ABŞ tərəfindən Ermənistana yardım göstərilməsi barədə qərarlar verilib:

“Mətbuata verilmiş məlumatda ancaq maliyyə yardımı ediləcəyi bildirilsə də, əsl planların Ermənistanın silahlandırılmasından ibarət olması heç kimdə şübhə doğurmur”.

Qeyd olunub ki, bu gün Natali Luazo başda olmaqla Avropa Parlamentinin bir qrup azərbaycanafob deputatı ABŞ-nin dövlət katibi Antoni Blinkenə və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə müraciət edərək, onları sözügedən görüşün davamı olaraq Ermənistanın “təhlükəsizliyinə” yardım etməyə çağırıblar:

“Bütün bunlar Ermənistana açıq hərbi dəstək göstərmək üçün ictimai fon yaratmağa xidmət edir. Bu bir daha sübut edir ki, 5 aprel görüşü məhz Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb. Saxtakar AP üzvlərinin bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymuş, Azərbaycan ərazilərinin 20 faizini 30 il işğal altında saxlayaraq viran qoymuş, 300 min Qərbi azərbaycanlının öz evlərinə qayıtmasına hələ də imkan verməyən Ermənistanı “demokratiya əzabkeşi” kimi qələmə verməyə çalışmaları isə ikrah hissi doğurur”.

“Qərbi Azərbaycan İcması Avropa Parlamenti üzvlərinin qərəzli müraciətini rədd edir, bir daha Aİ-ni və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa və Ermənistana hərbi dəstək göstərməməyə çağırır. Aİ və ABŞ militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir”, - deyə bəyanatda vurğulanıb.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start