Azərbaycanda Ramazan bayramı qeyd olunur
Gündəm
10 apr 2024 | 09:00
Aprelin 10-11-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd edilməyə başlayan Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 30 gün davam edir.

İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda hər il olduğu kimi, bu il də Ramazan bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilir. Xalqımız taleyinin ən çətin dönəmlərində də öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi: “...Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır”.

Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan bayramı aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının ruhlarına dualar oxunacaq.
Bu gün, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Bu gün, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Bu gün, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Bu gün, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Bu gün, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Bu gün, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Bu gün, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Bu gün, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Bu gün, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Bu gün, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Bu gün, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Bu gün, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Bu gün, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Bu gün, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Bu gün, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
Dünən, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
Dünən, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
Dünən, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
Dünən, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq