Azərbaycanın sədrliyi emissiyaların azaldılması üçün səylərin birləşdirilməsində əsas rol oynayacaq AK
Gündəm
22 apr 2024 | 14:19
Avropa İttifaqı və Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində bərpa olunan enerji mənbələrinin inkişafına və enerji səmərəliliyinin artırılmasına diqqət yetirməklə enerji siyasəti üzrə əməkdaşlığı gücləndirməyə davam edəcək və Azərbaycanın Sədrliyi emissiyaların daha da azaldılması üçün səylərin birləşdirilməsində əsas rol oynayacaq.

Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəsmi nümayəndəsi Tim Makfi bildirib.

Onun sözlərinə görə, COP29 bərpaolunan enerji mənbələrinin gücünün üç dəfə artırılması və ikiqat enerji səmərəliliyinin artırılması üzrə ötənilki sessiyada - Dubayda keçirilən COP28-də tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasının qiymətləndirilməsinin birinci mərhələsi olacaq:

“Bu konfransa ev sahibliyi edən dövlət daxil olmaqla dünya ölkələrində bu istiqamətdə əldə olunan irəliləyişi nümayiş etdirmək və gələcək fəaliyyət üçün təkan yaratmaq vacibdir”.

T.Makfi vurğulayıb ki, Azərbaycanın COP29-a sədrliyi emissiyaların azaldılması üzrə fəaliyyətlərin davam etdirilməsi istiqamətində tərəflərin səylərinin birləşməsində əsas rol oynayacaq:

“Bütün tərəflər üçün iqlim dəyişikliyi ilə mübarizədə bir nömrəli prioritet “Paris Sazişi”nə uyğun olaraq istixana qazları emissiyalarının azaldılması və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) qəbul edilməsidir. Bakıdakı sessiya 2030-cu ildən sonra yeni öhdəliklərin tətbiqi istiqamətində mühüm addım olacaq. COP29 gələcəkdə iqlim sahəsində maliyyələşdirmə ilə bağlı müzakirələr və qərarlar üçün də vacib olacaq”.

Avropa Komissiyasının mətbuat xidmətinin nümayəndəsi qeyd edib ki, COP sessiyaları qlobal fəaliyyət vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə işini təşviq etmək üçün mühüm vasitədir:

“Son illərdə iqlim dəyişikliyi ilə mübarizə tədbirləri daha da aktuallaşdıqca və biz bütün dünyada iqlim dəyişikliyinin zərərli təsirlərini hiss etdikcə COP sessiyaları daha çox əhəmiyyət kəsb edir. “Paris Sazişi” tərəflər arasında əməkdaşlıq və məqsədlər üçün aydın çərçivə yaradıb. Bununla 200-ə yaxın ölkə qlobal temperatur dəyişikliyini 1,5°C ilə məhdudlaşdırmaq öhdəliyi götürüb. İqlim dəyişikliyinin iqtisadi xərclərinin hansı miqyasda olduğu getdikcə aydınlaşır. Buna görə də iqtisadi nöqteyi-nəzərdən fəlakətlərə sonradan cavab verməyə çalışmaqdansa, indi reaksiya vermək daha məntiqlidir. Bu həftə dərc olunan araşdırmalar göstərir ki, bu istiqamətdə addımların atılmaması bizə qarşıdakı 25 il ərzində qlobal gəlirin 20 faizinə başa gələ bilər və bu, “yaşıl keçid”ə sərmayə qoyuluşunun dəyərindən altı dəfə çoxdur”.

O, həmçinin xatırladıb ki, Avropa İttifaqı və Azərbaycan artıq bərpa olunan enerji mənbələri məsələlərini əhatə edən Anlaşma Memorandumu imzalayıb:

“Azərbaycanın xüsusilə dəniz külək enerjisi və “yaşıl hidrogen” sahəsində böyük potensialı var. Əminik ki, Azərbaycan yaxın gələcəkdə Avropaya qalıq yanacaq tədarükçüsündən bərpa olunan enerji sahəsində çox etibarlı və əhəmiyyətli tərəfdaşa çevriləcək. Avropa Komissiyası Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Avropa Külək Enerjisi Assosiasiyası (“WindEurope”) arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanmasında iştirak edib. Mart ayında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Avropanın bərpa olunan enerji şirkətlərinə Azərbaycanın böyük külək enerjisi potensialından istifadə etmək üçün yol açacaq sazişin imzalanması mərasimində iştirak edib”.

Onun sözlərinə görə, Azərbaycan və Aİ arasında təbii qaz sahəsində əməkdaşlıq həm də ölkələrin iqlim öhdəliklərinə uyğun olmalıdır:

“Buraya, məsələn, metan emissiyaları daxildir. Yəni biz təbii qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmaq üçün birgə öhdəliklər götürmüşük”.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start