Xalqa həsr olunmuş ömür
Gündəm
7 may 2024 | 09:26


Bu il mayın 10-da görkəmli siyasi xadim, nəinki müasir Azərbaycan dövlətçiliyinin təməlini qoymuş, həm də bütövlükdə Cənubi Qafqaz regionunun sivilizasiyalı inkişafının vektorunu irəlicədən müəyyən etmiş Heydər Əliyevin 101 illik yubileyi qeyd olunur. Bu əlamətdar tarix təkcə Heydər Əliyevin qədirbilən vətəni Azərbaycanda deyil, həm də bütün dünyaya səpələnmiş böyük bir diaspor tərəfindən geniş miqyasda qeyd edilir. Əliyevin siyasət dahisi olması indi dünyanın bir sıra ölkələrində qəbul edilmişdir. Bu da qanunauyğun haldır ki, Heydər Əliyevin öz qüvvəsi və enerjisinin xeyli hissəsini sərf etdiyi SSRİ-nin hüquqi varisi kimi çıxış edən Rusiya da bu tarixi Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Builki yubiley bu görkəmli insanın mürəkkəb həyat yoluna bir daha nəzər salmaq, onun siyasi karyerasının ən mühüm, ən əhəmiyyətli dövrlərini bir daha vurğulamaq üçün bir fürsətdir.
Biz hamılıqla bir həqiqəti illər ərzində daha dərindən dərk edirik: ömrü boyu vətəninə və xalqına xidmət etmiş, həyatının mənasını yalnız bunda görmüş, müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin etməkdən ötrü yorulmaq bilmədən mübarizə aparan Heydər Əliyev bənzərsiz rəhbər idi. Yaradanına, zəhmətinə bir də xalqına arxalanan millət ağsaqqalı, dövlət başçısı olaraq o dünya ölkələrinin rəhbərləri sırasında seçilirdi. Onun parlaq zəkası, uzaqgörən və uzunömürlü siyasəti ölkəmizi dövrün burulğanından məharətlə çıxardı. Qalib sərkərdə kimi xalqı öz arxasınca aparan Heydər Əliyevin adı tarixə zəmanəmizin ən böyük rəhbərlərindən biri kimi düşdü. Dünyanın tanınmış siyasətçiləri də etiraf edirlər ki, Heydər Əliyev Azərbaycanın dünyaya bəxş etdiyi böyük siyasətçi, görkəmli şəxsiyyət və yenilməz lider idi.
Ümummilli lider Heydər Əliyevin adı çəkiləndə bütün həyatını dövlətinin, xalqının işıqlı gələcəyinə həsr edən, ölkəsini hər zaman zirvələrdə görmək istəyən, ideaları ilə gələcəyin aydın mənzərəsini təqdim edən şəxsiyyət göz önünə gəlir. Tarixdə şəxsiyyətlərin rolundan hər zaman bəhs edilir. Dünya təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının istiqamətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçim etməyə geniş imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət o zaman güclü olur, xalq o zaman gələcəyə inamla baxır ki, onun milli maraqları hər şeydən üstün tutan, dövrün, zamanın nəbzini müəyyənləşdirdiyi inkişaf strategiyası ilə tənzimləyən Lideri vardır. Liderliyi şərtləndirən meyarların müxtəlifliyi fonunda öncə bu məqama diqqəti yönəltmək istərdik ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və bununla bağlı müəyyənləşdirdiyi uzaqgörən siyasətini həyata keçirə bilməkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Onun ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.
Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək,qeyri-mümkündür. Bütün mənalı ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr edən şəxsiyyətin gördüyü işlər zamana sığmır. Onun hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ulu öndər Heydər Əliyevin 1969-82-ci illərdə formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyənləşdirdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının birliyi və həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Bu reallıq daim önə çəkilir ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində Ulu Öndərin respublikamızda birinci dəfə hakimiyyəti dövründən başlamışdır. Tarixi məhz bu dövrdən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlişinə təkan verdi

Elçin Kazımov,
Abşeron Rayon Məhkəməsinin sədri


Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start