Ən böyük fenomenal şəxsiyyət
Gündəm
7 may 2024 | 09:32


Bugünlər respublikamızın bütün guşələrində ümummilli liderimiz, böyük dövlət xadimi, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük təntənə və coşğu ilə qeyd olunur. Bu da təsadüfi deyil. Çünki böyük öndərimiz Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər göstərib.

Tarix sübut edir ki, taleyüklü mərhələlərdə hər bir dövlətin davamlı və sabit inkişafı ona rəhbərlik etmiş liderin fenomenal keyfiyyətləri ilə bilavasitə əlaqəlidir. Ötən əsrdə xalqımızın yetişdirdiyi nəhəng siyasətçi - Heydər Əliyev də məhz belə nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığını təmin etməyə nail olan əlahiddə liderlərdən idi. Ona görə də dövlət müstəqilliyimizin qarantı kimi öz xalqı qarşısında tarixi və misilsiz fəaliyyətin müəllifi olan Ulu Öndərin anadan olduğu 10 may tarixi Azərbaycan xalqının və bütövlükdə bütün dünya azərbaycanlılarının hər il dərin ehtiram və hörmətlə qeyd etdikləri əlamətdar gündür. Bu tarixin 101-ci ildönümünün özəlliyi ondan ibarətdir ki, xalqımız bu günü Vətən müharibəsində doğma Qarabağ torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi fonunda xüsusi bir şövqlə, böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu baxımdan həmin tarix həm də siyasi və mənəvi yükə malik, rəmzi məna daşıyan bir təqvimdir.
Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək dərin bir ümmandır, böyük bir siyasi və həyat məktəbidir. Heydər Əliyev irsi zəngin xəzinədir və bu irsin öyrənilməsi bugünkü və gələcək nəsillər üçün olduqca vacibdir. Ulu Öndərimiz haqqında indiyə qədər çoxlu sayda dəyərli əsərlər, kitablar yazılıb, filmlər çəkilib.

Yaxın tariximizdən bəlli olduğu kimi, müstəqilliyimizin əldə olunmasının ilk mərhələsində Azərbaycanda tüğyan edən hərc-mərclik, hakimiyyət uğrunda daxili çəkişmələr, silahlı qarşıdurmalar, idarəetmədə səriştəsizlik, səfalət, kriminallaşma və inamsızlıq mühiti, açıq-aşkar separatizm meyilləri həm də bunu fürsət bilən Ermənistanın sonda ərazilərimizin işğalı ilə nəticələnən faciəvi hadisələrlə müşayiət olunurdu. Artıq heç kim dana bilməz ki, bütün bunların qarşısını xalqın təkidli tələbi ilə 1993-cü ildə xilaskar obrazında ikinci dəfə hakimyyətə gəlmiş dünya miqyaslı, təcrübəli siyasi xadim, dahi Heydər Əliyev ala bilmişdi. Onun ilk olaraq həllinə çalışdığı məsələ də məhz Dağlıq Qarabağ problemi idi. Tarix sübut etdi ki, dünya siyasətinə yaxından bələd olan Heydər Əliyev hələ münaqişənin ilk illərində “Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik” söylədikdə Qarabağ məsələsində yekun nəticəni hesablamağı bacarıb. Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlardakı bütün məkanlarda Azərbaycanın üçrəngli Qələbə bayrağını qaldırmaqla bu arzuları çin etdi.
Razılaşmamaq mümkün deyil ki, müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü nizamı çox tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 19 ildə qazanılan uğurlar da məhz bu amilə əsaslanır. Cənab İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi, qarşıya qoyulan hədəflərə qətiyyətlə nail olur. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

Tarixi paralellər aparsaq görərik ki, Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi xətti 2003-cü ildən sonra Azərbaycan dövlətini idarə edən cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilir. Ulu öndər Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi isə bu uğurun əsaslarından biridir. Beləliklə, Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır, davam edir və nailiyyətlərimizin fövqündə dayanır.

Taleh Qaraşov,
Lənkaran Şəhər İcra hakimiyyətinin başçısı
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start