Məmməd Kazımın əziz xatirəsi Yaşasaydı 25 may 2024-cü ildə 90 illiyi qeyd olunurdu
Təbiətin bir parçası kimi yaradılmış insanın təyinatı dünyanın əşrəfi olmaqdır. Milyonlarla insan arasında çoxsaylı istedadlar, xeyirxah, qayğıkeş əməlləri ilə seçilənlər, fərqlənənlər olur. Göydəki ulduzlar qədər yerdə də onlar çoxluq təşkil edir. Bəzən zamanında görünmür, qeyd olunmur. Illər keçəndən sonra yeri görünür. Belə insanlardan biri Məmməd Kazımdır. Yaşasaydı, 25 may 2024-cü ildə 90 illiyi təmtəraqla qeyd olunurdu. Onun əməlləri, xeyirxahlığı, insanlara olan qayğıkeşliyi yaddaşlarda əziz xatirəsini əbədi olaraq həkk etdirib.
“Məmməd Kazım 25 may 1934-cü ildə Masallı rayonunun Tatyan kəndində anadan olmuşdur. Uşaqlığı İkinci Dünya Müharibəsi illərinə təsadüf etdiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, müharibə bitdikdən sonra birbaşa ikinci sinifə qəbul edilmişdir. Az bir vaxtda üstün zəkası ilə yaşıdlarından fərqləndiyinə görə dördüncü sinifə keçirilmişdir.
1950-ci ildə 7 illik təhsilini başa vurduqdan sonra Bakıya gedib Siyasi Maarif məktəbinə qəbul olmuşdur. Yazdığı şeirlər, o illərdə Maarif Məktəbində müəllim işləyən Xalq Yazıçısı Bayram Bayramov və Ədəbiyyat dərnəyinin rəhbəri Yəhya Qarabağlı tərəfindən böyük maraqla qarşılanmışdır. İlk şeiri “Yeni həyat” qəzetində dərc olunan Məmməd Kazım 1956-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq Fakultəsində təhsilini davam etdirmişdir.
İş həyatına 1953-cü ildə başlamış, Masallı rayon və kənd məktəblərində direktor, ədəbiyyat müəllimi, Masallı Radiosunda aparıcı və redaktor olaraq fəaliyyət göstərmişdir. Məmməd Kazım hələ 24 yaşında Güllütəpə Kənd Orta Məktəbinin direktoru vəzifəsini icra edərkən, məktəb yolu üzərində maneəyə çevrilən – sel daşqınlarına məruz qaldığından keçilməz halda olan çaya öz hesabına, qardaşları ilə birlikdə körpü çəkib, kənd uşaqlarının təhsil almasına imkan yaratmışdır.
1950-ci illərin əvvəllərində Masallıda Ədəbiyyat Dərnəyi quraraq rayon camaatını ədəbi fəaliyyətlərə cəlb etmiş, eləcə də məktəblərdə bir çox şair və yazıçılarla görüşlər təşkil edərək insanların böyük rəğbətini qazanmışdır”.
Göründüyü kimi yaradıcılığa erkən yaşlarından başlayıb. İlk şeir nümunələri adlı -sanlı müəllimlərinin diqqətini çəkib və mətbuat səhifələrinə yol açıb. O dövrdə belə bir addım hər qələm götürənə nəsib olmurdu. Ciddi nəzarət, tələbkarlıq olduqca yüksək səviyyədə idi. Siyasi senzuranın mövcudluğu Domokl qılıncı kimi havadan asılı qalmışdı və hər kəs onu başı üzərində hiss edirdi. Stalinin xofu və repressiyanın əks-sədası ölkənin üzərindən tamamilə götürülməmişdi.
Xruşov siyasəti pambıqla baş kəsməyə bənzəyirdi. Ağızlara qıfıl vurulmasa da hər şeyi danışmaq və yazmaq mümkünsüzdü. Ağıllı adamlar gözü çıxanlardan ibrət götürə bilirdilər.
Həmin vaxtlar Məmməd Kazımın həyatında ciddi dəyişikliklər baş verirdi.
O, 1966-cı ildə paytaxtdakı ədəbi mühitə yaxın olmaq üçün Xırdalana köçmüş və “Abşeron” qəzetinin şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin isə əməkdaşı olmuşdur. Eyni ildə şairin “Qönçə” adlı ilk şeirlər kitabı Xalq şairi Məmməd Arazın xeyir-duası ilə işıqüzü görüb.
Məmməd Kazımın təşəbbüsü ilə Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin Hərbi Şurasının qərarı əsasında Televiziyada Hərbi-Vətənpərvərlik tərbiyəsi redaksiyası yaradılmışdır. O, 1969-1985-ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Komitəsində “Hünər”in baş redaktoru və aparıcısı kimi fəaliyyət göstərmişdir. “Hünər” proqramı, İkinci Dünya Müharibəsində canından keçən neçə-neçə azərbaycanlı qəhrəmanın üzə çıxarılmasında əvəzsiz rol oynayıb. Məhəmməd Kazım, “Hünər” və “Heç kim unudulmayıb” televiziya verlişlərini Azərbaycan hərb tarixinin bir parçasına çevirib. O, tamaşaçıların yaddaşında həm də “Ludza əfsanəsi” və “Xəzər laylası” tamaşaları ilə qalmışdır.
Eyni zamanda, 1990-cı ildə 70 min nüsxə ilə çap olunan “Hünər” kitabı böyük maraqla qarşılanaraq ən qısa vaxtda insanların stolüstü kitabına çevrilmişdir. Kitabda İkinci Dünya Müharibəsində şəhid olan yüzlərlə həmvətənlərimiz haqqında oçerklər yer alıb. Bu sənədli povest, Məmməd Kazımın uzun illər boyu keçmiş Sovetlər Birliyi və Avropa ölkələrindəki araşdırmalarının nəticəsi idi.
Yeri gəlmişkən çox mühüm bir məsələni qeyd etmək yerinə düşərdi. Məhəmməd Kazımın külliyyatı ilə tanış olduqdan belə bir mənzərənin şahidi oluruq. O, yaxşı şair, istedadlı yazıçı və qətiyyətli jurnalist olub. Bu üç sahənin hər birində böyük uğurlara imza atacaq qətər potensiala malik insan heç bir sahədə nüfuz edəcək qədər irəliləməyib. Adamda sual yaranır: nədən? Bu maraqlı sualın yalnız bir cavabı ola bilər. O cavabı da Məmməd Kazımdan başqa heç kim bilmir. Biz sadəcə olaraq ehtimal edə bilərik.
Dövrün tələbinə uyğun hərəkət etməli olub Məmməd Kazım. Belə ki, müharibədən sonrakı dövrdə partiyaya sərf edəcək mövzularda kifayət qədər əsərlər yazılmış, müəlliflərinə şöhrət qazandırmışdır. Bunları görən Məmməd Kazım tapdanmış yolla getməyi öz qətiyyətinə sığışdırmayıb. O, heç kimin edə bilmədiyini edib. Yuxarıda qeyd etdiyimiz kimi repressiya xofundan qurtula bilməyən insanlar müharibədə itgin düşmüş doğmalarını belə axtarmaqda cəsarətli deyildilər. Çox adam doğmasının əsir düşə biləcəyindən qorxaraq adını da tutmurdu. Belə bir vaxtda onların axtarışı ilə məşğul olmaq xüsusi cəsarət və qətiyyət tələb edirdi. Məmməd Kazım “Hünər” verlişini əldə silah kimi tutaraq nəinki SSRİ məkanında, hətta Şərqi Avropada yerləşən sosialist ölkələrində axtarışa başladı. Yüzlərlə ailənin gözü yollardan çəkildi. Adamlar doğmalarının harda dəfn olunduğundan xəbər tutdular. Məhz, belə bir şücaət göstərdiyinə görə Məmməd Kazım ümumxalq sevimlisinə çevrildi. Bəlkə şair və yazıçı olaraq daha böyük uğurlar qazanacaqdı. Amma bizə elə gəlir ki, bir şair, yazıçı kimi bu qədər sevgi sahibi olmaya bilərdi. Ulu yaradan onu məhz bu missiya üçün seçibmiş.
Doğma yurdun tarixi keeçmişi və təbii gözəllikləri, sülhə və xoş görüşə çağırış, vətən sevgisi, neqotiv sosial təzahürlərə qarşı satirik ironiya, azadlıq dürüstlük və mərdlik – onun janrca zəngin məzmunca dolğun əsərlərinin əsas qayəsidir. Kiçik yaşlarından müharibənin ağrı-acılarını gördüyü üçün bütün yaradıcılığı boyunca insanların müharibələrə qarşı kəskin etiraza səsləyib.
Amansız ölüm onu 2018-ci il martın 10-da haqladı. Məmməd Kazım Xırdalan qəbirsanlığında dəfn olunmuşdur.
Onun əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır. O, öz xeyirxah əməlləri ilə sağlığında bu hörməti qazanmışdır.
Ağamir Behbudov
Cavad Həsənli
Cavad Həsənli
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start