Bakı Təşəbbüs Qrupu Bakıda Mayot adası ilə bağlı konfransdan sonra beynəlxalq təşkilatlara məktub göndərib
Bakı Təşəbbüs Qrupu, 2024-cü il sentyabrın 3-də Bakıda keçirilmiş “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransın nəticələrinə əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatının Baş katibi, Qoşulmama Hərəkatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi, Avropa Komissiyasının sədri, Ərəb Liqasının Baş katibi və Afrika İttifaqının sədrinə rəsmi məktub ünvanlayıb.
Məktubda Fransa tərəfindən Qəmər Adaları İttifaqına aid olan Mayot adasının qanunsuz işğalı ilə bağlı dərin narahatlıq ifadə edilib və bunun beynəlxalq hüququn pozuntusu olduğu qeyd olunub.
Məktubda bildirilib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından sui-istifadə edərək beynəlxalq hüququn bu pozuntusunun həllinə yönəlik təşəbbüslərə mane olur. Habelə Fransa BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qətnamələri heçə sayır.
“Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransın əsas nəticələrindən biri olan Yekun Bəyanat Birləşmiş Millətlər Təşkilatının Baş katibi, Qoşulmama Hərəkatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi, Avropa Komissiyasının sədri, Ərəb Liqasının baş katibi və Afrika İttifaqının sədrinə təqdim olunub. Bundan əlavə, yuxarıda qeyd olunan təşkilatların rəhbərlərinə Bakı Təşəbbüs Qrupu tərəfindən nəşr edilmiş "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən Qeyri-Qanuni işğalı" adlı broşür da təqdim olunub.
Bakı Təşəbbüs Qrupu, eyni zamanda, məktubunda Mayot adasının işğalı ilə bağlı beynəlxalq konfrans keçirməyə və işğalın dayandırılması, beynəlxalq hüququn qorunması məqsədilə bu qurumların daxilində müvafiq işçi qruplarının yaradılmasını təşviq etməyə çağırıb.
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində bu məsələnin beynəlxalq hüquq əsasında tezliklə həll olunacağına əminliyini ifadə edib.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start