“Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi fəaliyyətini günün tələblərinə uyğun həyata keçirir
Gündəm
28 noy 2024 | 10:15


Bu gün respublikanın digər bölgələrində olduğu kimi Abşeron rayonu, Xırdalan şəhəri eləcə də rayon daxili qəsəbələrdə cənab Prezident İlham Əliyevin “Regionların sosial iqtisadi inkişafına dair” Dövlət proqramının müddəaları yüksək səviyyədə həyata keçirilir. Yenidənqurma, abadlıq və quruculuq işləri şəhərimizin və qəsəbələrin müasirləşməsinə, insanların istirahətinin maraqlı təşkilinə xidmət edir.
“Abad Abşeron”-a cənab Vəli Abbasov rəhbər təyin olunandan sonra bu sahədə işlər xeyli yaxşılaşdırılmış və problemlərin aradan qaldırılması istiqamətində ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.
“Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi” sisteminin inkişafı üçün qəbul edilmiş Dövlət proqramlarının icrası, Xırdalan şəhərində və Abşeron rayonun Masazır, Ceyranbatan, Saray, Qobu, Hökməli, Məhəmmədi, Kürdəxanı, Atyalı və.s qəsəbələrin MKİS-nin İdarələri tərəfindən həyata keçirilən abadlıq quruculuq işlərinəVəli Abbasov rəhbərlik edir. Onun səyi nəticəsində şəhərimizin müxtəlif yerlərində yenidənqurma və abadlıq işləri yekunlaşıb. Qəsəbədaxili yollar, divar və dam örtükləri yenilənmiş, küçələrin işıqlandırılması həyata keçirilmiş və hazırda bu yöndə müvafiq tədbirlər görülməkdədir. Əminliklə vurğulamaq lazımdır ki, Xırdalan şəhəri və Abşeron rayonu qəsəbəslərinin tarixi abidələrin və tikililərin qorunub saxlanılmasına və dağılmış olanların yenidən təmir və bərpa edilməsi yönündə fəaliyyət həyata keçirilir. Görülən işlər çərçivəsində mərkəzi küçələrdə dağılmış bardürlər yenidən bərpa edilir qəsəbə daxili dayanacaqlarda təmir işləri aparılır. Nasaz zibil yeşikləri təzədən remont olunub yerinə qoyulur. Yol kənarında yığılmış torpaq qatı təmizlənməsi işləri mütəmadi olaraq həyata keçirilir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin tapşırığına əsasən, evlərin damları, qapıları, darvazaları əsaslı təmir olunmuş, bu yöndə şəhid və müharibə veteranlarının ailələrinə xüsusi diqqət yetirilir.
Həyata keçirilən tədbirlərin əsas məqsədi: Xırdalan şəhəri və Abşeron rayonu qəsəbələrində xüsusi abadlıq işləri insanların daha yaxşı şəraitdə yaşamaları, özlərini daha rahat hiss etmələri üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi məqsədi ilə imzaladığı müvafiq Fərmanlara əsasən ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da tikinti-quruculuq işlərinin sahəsi genişlənir. Bakı-Şamaxı yolunun Sulutəpə dairəsindən, Hökməli dairəsinədək olan yol kənarına 500 ədədə ağac, gül və ya digər dekorativ bitkilər əkilmiş, həmçinin qazon sahəsi salınmışdır. Hər bir iş zövq oxşayır, səliqə ilə yerinə yetirilir. İşin sürətlə getməsi üçün maşın və texnikalardan da istifadə olunur. Briqadirlər, bağbanlar, təmizlikçilər, ümumiyyətlə bütün işçilər sübh tezdən işə başlayaraq üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir, şəhər sakinlərinin istirahəti üçün yaradılan bu məkanlarda gözəl şəraitin salınması məqsədi ilə ürəkdən çalışırlar
Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına parkda və qəsəbələrin daxilindəki mərkəzi parklarda keçirilən iməciliklərdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılır, quru ağaclar təmizlənir, çoxillik güllərə qulluq göstərilir, əkilən güllərin alağı təmizlənir, suvarılır, parklar quru ot və alaqlardan təmizlənir, ərazidə olan çəmənliklərə gübrə verilir. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib.İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri sökülərək yenidən qurulur. Bir sözlə, Xırdalan şəhəri və Abşeron rayonu qəsəbəslərinin öz gözəlliyi və müasirliyi ilə Avropa ölkənərinin şəhərlərindən heç də fərqlənmir. Əldə olunan uğurlara baxmayaraq “Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi”-nin rəhbərliyi fəaliyyətin daha çevik və səmərəli mexanizmlər üzərində qurmağa, ölkə rəhbərliyinin etimadını doğrultmağa çalışır.
Beləliklə, Xırdalan şəhəri və Abşeron rayonu qəsəbələri yeni görkəm alır və maraqlı turizm mərkəzinə çevrilməkdədir.
Abşeron rayon İcra Hakimiyyəti və onun qurumları tərəfindən görülən işlər Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Ölkə rəhbərinin sərəncam və göstərişlərinə uyğun olaraq görülən işlər insanların rifah halının yüksəldilməsi və yaşam şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilmiş və gələcəkdə də bu cür fəaliyyət davam etdiriləcəkdir. Bu yolda “Azerimedia.az informasiya xəbər portalının əməkdaşları da, “Abad Abşeron” təsərrüfat birliyinin rəhbərliyinə və əməkdaşlarına uğurlar arzulayır.


“Azerimedia.az”
xəbər informasiya portalı
Sabit Əliyev
Cavad Həsənli
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Dünən, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
7-10-2026, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
7-10-2026, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
7-10-2026, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
7-10-2026, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
7-10-2026, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman