Bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb
Keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb.
Bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"də öz əksini tapıb.
Məruzəyə əsasən keçən il:
- Daşkəsən rayonu Çanaqçı bələdiyyəsinin sabiq vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Daşkəsən rayonu Çovdar bələdiyyəsinin sədri tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, o cümlədən vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin sədri Q.Qəfərovun qanunsuz hərəkətləri faktı üzrə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb;
- Ağsu rayonu İlxıçı bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyənin vergi müfəttişinin bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin icarə haqlarını nağd qaydada yığaraq yerli büdcəyə ödəməməsi faktı üzrə Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə cinayət işi başlanıb;
- Göygöl rayonu Toğanalı bələdiyyəsinin sədri tərəfindən bələdiyyənin adından iclas protokolları tərtib edilərək yerli (bələdiyyə) büdcə vəsaitlərinin xərclənməsinə və torpaq sahələrinin ayrılmasına dair təkbaşına qərarlar verilməsi faktı üzrə Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 5 ayı üzrəfəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Saatlı rayonu Mircəlal bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Astara rayonu Şahağacı bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 6 ayı üzrəfəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə iclasında qərar qəbul edilmədən hərrac və ya müsabiqədən kənar qaydada bələdiyyə mülkiyyətinə aid tor-paq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin dələduzluq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanıb.
Sənəddə həmçinin vurğulanıb ki, Saatlı rayonu Nabatkənd, Göygöl rayonu Çaykənd, Cəlilabad rayonu Cəlilabad, Şəmkir rayonu Qılıncbəyli, Ağcabədi rayonu Ağcabədi, İsmayıllı rayonu Qalagah və s. bələdiyyələrin vəzifəli şəxslərinin fəaliyyəti barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Məruzəyə əsasən, son 5 il ərzində 158 bələdiyyənin (2020-ci ildə 23; 2021-ci ildə 27; 2022-ci ildə 27; 2023-cü ildə 30 və 2024-cü ildə - 51) fəaliyyətində cinayət əlamətləri aşkar edildiyindən toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir

9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start