“Dövlət Mülki Aviasiya Agentliyi” yaradıldı
Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs yaradılıb.
“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib. Müəyyən edilib ki, Nazirliyin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir;
Agentlik bu Fərmanda qeyd edilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;
Agentliyin fəaliyyətinin təşkil və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti, həmçinin Agentliyin öz fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarət funksiyaları ilə bağlı yığımlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir;
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün dörd üzvdən – sədr və onun üç müavinindən ibarət İdarə Heyəti yaradılır.
Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
Azərbaycan Respublikasının Prezidentinə:
Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
Agentliyin idarəetmə orqanlarının yaradılması;
Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Agentliyin yenidən təşkili və ləğvi;
Nazirliyə:
Bu Fərmanda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Azərbaycan Respublikasının Nazirlər Kabineti hava limanlarının (aeroportların) idarə edilməsi ilə bağlı təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Agentlik işçilərinin xidməti geyim formaları nümunələrini, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanda nəzərdə tutulan qurumların balansındakı dövlət əmlakının Agentliyin balansına verilməsi və Agentliyin inzibati bina ilə təmin olunması məsələlərinin həlli üçün tədbirlər görməli; Agentliyin 2025-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görməli; bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlik Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görməli; bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start