Azərbaycan-İran sərhədində SİLAHLI İNSİDENT
Hadisə
27 fev 2026 | 12:40
Fevral ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan Respublikası istiqamətinə dörd naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilməsi müşahidə edilib.

Azerimedia.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb, üzərilərindəki bağlamaları atmış havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus üç ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

Fakt üzrə əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.


Dünən, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
Dünən, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
Dünən, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub
Dünən, 13:37
Uitkof: İlham Əliyev milli maraqları, regional sabitliyi başa düşən lider kimi heyran etdi
Dünən, 13:30
Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər
Dünən, 13:25
"Fənərbağça" hücum xəttinə ulduz futbolçu gətirir - FOTO
Dünən, 13:16
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
Dünən, 13:00
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
Dünən, 12:34
Dünyada "Gunra" virusu yayılır: ABŞ və Cənubi Koreya hüquq mühafizə orqanları hərəkətə keçdi
Dünən, 12:30
Meteohəssas insanların NƏZƏRİNƏ
Dünən, 12:00
Onlayn alış-verişlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Dünən, 10:23
"Azərenerji" proqram təminatının yenilənməsinə 2 milyon manat xərcləyəcək
Dünən, 09:58
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Dünən, 09:25
Donald Tramp FIFA-ya XƏBƏRDARLIQ ETDİ
Dünən, 09:22
30 yaşlı kişi dənizdə batdı
10-08-2026, 15:43
Azərbaycanda əhalinin gəlirləri artıb
10-08-2026, 15:42
FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi
10-08-2026, 14:39
Ukraynanın Tatarıstana hücumu:12 ölü, 39 yaralı
10-08-2026, 13:44
Daha iki ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
10-08-2026, 13:41
Xameneinin kürəkəni Xərrazidən Tehranı silkələyən ÇAĞIRIŞ
10-08-2026, 13:40
Azərbaycanla Ukrayna arasında bu Saziş təsdiq edildi
10-08-2026, 13:33
Şair Çingiz Əlioğlu dəfn olunub
10-08-2026, 11:30
Bakıda çimərlikdən meyit tapıldı
10-08-2026, 11:06
Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi
10-08-2026, 11:00
İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO
7-08-2026, 17:03
Nazirlik 606 mənzilin təmirinə üç milyon manatdan çox vəsait xərcləyəcək
7-08-2026, 16:08
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı