Qara dənizdə gəmilər PUA ilə vuruldu - Göyərtədə azərbaycanlılar da var
Hadisə
13 okt 2026 | 11:14
Qara dənizdə gəmilər PUA ilə vuruldu - Göyərtədə azərbaycanlılar da var
Bolqarıstanın Qara dəniz sahillərində iki gəmi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb, onlardan biri batıb.
Azerimedia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Rumen Radev bildirib.

Gəmilərdən birinin heyət üzvləri arasında 8 Azərbaycan vətəndaşı olub.

Onun sözlərinə görə, Malta bayrağı altında üzən "Chelsea 3" gəmisi Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə üç PUA-nın hücumuna məruz qalıb.

"Bolqarıstanın ərazi sularının birbaşa yaxınlığında ticarət gəmilərinə növbəti hücum qətiyyən yolverilməzdir", - Baş nazir deyib.

Aralarında 7 Ukrayna və 8 Azərbaycan vətəndaşının olduğu 15 heyət üzvünün hamısı xilas edilib. Onlardan beşi yüngül xəsarətlər alıb.

R.Radevin sözlərinə görə, ikinci gəmi Krapets yaşayış məntəqəsindən 17 dəniz mili şərqdə hücuma məruz qalıb və batıb. Heyət üzvlərindən birini xilas etmək mümkün olub.

Baş nazir əlavə edib ki, Bolqarıstan PUA-nın hansı ölkəyə mənsub olduğunu müəyyən etmək üçün beynəlxalq yardım almağa çalışacaq. Bununla yanaşı, o vurğulayıb ki, Sofiyanın hələlik hər hansı tərəfi ittiham etmək üçün əlində sübutları yoxdur.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da məsələyə münasibət bildirib. O, "X" sosial şəbəkəsində yazıb ki, Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında, birinin göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu iki gəmiyə PUA hücumundan sonra beynəlxalq tərəfdaşlar Rusiyaya qarşı təzyiqləri gücləndirməlidir.

Nazirin sözlərinə görə, kommersiya gəmilərinə hücumu Rusiya Silahlı Qüvvələri həyata keçirib, heyət üzvləri arasında Ukrayna vətəndaşları da olub:

"Rusiyanın Bolqarıstanın ərazi suları yaxınlığında kommersiya gəmilərinə etdiyi və Ukrayna ilə Azərbaycan vətəndaşlarının xəsarət alması ilə nəticələnən sonuncu hücumu Moskvanın mülki insanların həyatına və Qara dənizdə təhlükəsizliyə qəsdən etinasız yanaşdığını bir daha nümayiş etdirir".

Ukraynanın xarici işlər naziri sanksiyaları sərtləşdirməyə, Moskvanı məsuliyyətə cəlb etmək və gəmiçilik azadlığını qorumaq üçün qətiyyətli tədbirlər görməyə çağırıb.

O əlavə edib ki, Qara dəniz qlobal ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan kanaldır.
Dünən, 18:02
Xırdalanda 23 ildir həllini tapmayan problem: Yağış yağan kimi küçələri su basır
Dünən, 17:50
Sadır Japarov sabah Azərbaycana gələcək
Dünən, 17:47
Qara dənizdə iki gəmiyə dron hücumu olub: 8 Azərbaycan vətəndaşı xilas edilib
Dünən, 17:41
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur"
Dünən, 17:30
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Dünən, 17:26
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Foto
Dünən, 15:06
Bakıda məktəblilərə xəsarət yetirildi: Son vəziyyətləri açıqlandı
Dünən, 14:46
Elçin Məsiyev UEFA Avropa Liqası oyununu idarə edəcək
Dünən, 14:43
YAP-dan Türkiyənin hakim partiyasına çağırış: "Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinin"
Dünən, 14:05
Ermənistanın milyardlarla gəlir gözlədiyi obyekt İran raketlərinin hədəfində
Dünən, 11:35
Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı - Foto
Dünən, 11:23
Ermənistanda saxlanılan Nəsimi Musayevdən XƏBƏR VAR
Dünən, 11:14
Qara dənizdə gəmilər PUA ilə vuruldu - Göyərtədə azərbaycanlılar da var
Dünən, 11:11
Azərbaycanda dərman istehsalı kəskin artdı
Dünən, 11:00
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü oldu
Dünən, 10:30
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Dünən, 10:27
Məleykə Abbaszadə açıqlama yaydı - Məktəblərdən danışdı
Dünən, 10:26
Pensiyalar bu tarixdə ödəniləcək
Dünən, 10:10
Milli Məclis mühüm məsələlərin müzakirəsi üçün toplanır
Dünən, 09:31
“44” filminin premyerası olub - Arzu Əliyeva və Alyona Əliyeva təqdimatda iştirak ediblər
12-10-2026, 14:07
Məktəblərdə vahid geyim formasına qarşı etirazlarda yaranan mənzərə - VİDEO
12-10-2026, 13:56
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto
12-10-2026, 13:54
İlham Əliyevin adından Kamboca baş nazirinin şərəfinə rəsmi nahar verilib - Foto
12-10-2026, 13:50
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
12-10-2026, 13:39
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
12-10-2026, 12:50
Təhsil müəssisələrində ictimai asayişi pozan 37 nəfər həbs edildi
12-10-2026, 12:40
Azərbaycanlı hərbçiyə görə Ermənistanda korpus komandanının müavini vəzifəsindən qovuldu