Azərbaycan Şahmat Federasiyası yay mövsümünün statistikasını açıqlayıb
İdman
14 avq 2025 | 18:46
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə keçirilən "Azərbaycan Şahmat Turu" (Chess Tour Azerbaijan) layihəsində ilk 6 yarış başa çatıb. Bununla da yaz-yay mövsümündə nəzərdə tutulan "open" yarışlar yekunlaşıb.

Seriyada ümumilikdə 1 553 (onlardan 300-ü qadın) iştirakçı mübarizə aparıb.

Sözsüz ki, "Chess Tour Azerbaijan" layihəsinin yekunlaşan turnirlərində nəticələrə əsasən, əsas ulduz Xaqan Əhməd olub. İştirak etdiyi 4 yarışdan 3-də qalib olan Xaqan Şəkidən Qubayadək reytinqini 56 vahid artırmaqla 2 449-a çatdırıb.

Beynəlxalq usta (IM) Xəzər Babazadə "Baku Open"də uğurlu çıxışının təsadüfi olmadığını "Shamakhi Open"də titula yiyələnməklə təsdiq edib. Sevindirici haldır ki, ardınca Xəzər Türkiyə 1-ci liqasında uğurlu çıxış edərək 2 500-lük reytinq səddini aşmağı da bacarıb.

Ukrayna təmsilçisi Vitali Bernadski (GM) iştirak etdiyi 5 yarışdan 3-də 2-ci, 1-də isə 4-cü olmaqla layihənin yaddaqalan simalarından birinə çevrilib.

Dörd şahmatçı seriyada bu günədək keçirilən 6 yarışın hamısında iştirak edib. Bunlar - Vüqar Manafov (IM), Tunar Davudov (CM), Ələkbər İsmayılov (CM) və Sadəgül Əfəndidir (CM). 9 şahmatçı beş yarışda, 53 şahmatçı dörd yarışda, 102 şahmatçı üç yarışda, 167 şahmatçı iki yarışda iştirak edib.

Əhməd Əhmədzadə (GM) və Məhəmməd Muradlının (GM) cəsarətli iştirakları, Əhmədin "Vüqar Həşimov Open"də qalib gəlməsi də qeydə olunmalı faktlar sırasındadır.

Yarışlar üzrə iştirakçı sayı aşağıdakı kimidir:

"Baku Open" - 576 şahmatçı;

"Sheki Open" - 260 şahmatçı;

"Shamakhi Open" - 102 şahmatçı;

"Lankaran Open" - 176 şahmatçı;

"Guba Open" - 234 şahmatçı;

"Gashimov Open" - 205 şahmatçı;

"Chess Tour Azerbaijan" layihəsi, demək olar ki, bütün ölkəni əhatə etməklə regional inkişaf üçün geniş imkanlar yaradır. Bölgə şahmatçısı "open" yarışda iştirak etmək üçün yaşadığı ünvandan ən çoxu 100 km (əksərən bu rəqəm daha azdır) məsafə qət etməli olur.

Layihə əksər şahmatçılarımızın uzun illər nəzərə çarpan oyun təcrübəsizliyinin aradan qaldırmağa kömək edir. Dünya və Avropa çempionatlarında ölkəni təmsil edəcək yeniyetmə şahmatçılarımızın yarışlarda uğurlu çıxışı və təcrübə qazanması sevindirici məqamlardandır.

Dünən, 14:00
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Dünən, 13:59
Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK
Dünən, 13:57
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Dünən, 13:51
Qafanda İran və Ermənistan rəsmiləri görüşdülər: Yeni tərəfdaşlıq modeli axtarırlar - FOTO
Dünən, 13:22
Avropada qazın birja qiyməti 750 dolları ötdü
Dünən, 11:56
Yeni tədris ili üçün peşə təhsili üzrə QƏBUL PLANI açıqlandı - FOTO
Dünən, 11:32
Hövsan sakinləri boğaza yığılıblar: "Su yoxdur, gələndə də çirkli olur" - VİDEO
Dünən, 11:29
Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi açılacaq
Dünən, 11:20
Peşə təhsili müəssisələrinə 47 min müraciət qeydə alınıb
Dünən, 09:04
ABŞ hökuməti işini dayandıra bilər - Trampdan XƏBƏRDARLIQ
22-07-2026, 16:40
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər - FOTO
22-07-2026, 16:31
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
22-07-2026, 15:33
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
22-07-2026, 15:30
Bakı metrosunda iş rejimi dəyişdirilir
22-07-2026, 14:32
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
22-07-2026, 14:30
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
22-07-2026, 13:24
Ankarada helikopter qəzaya uğradı - Yaralılar var
22-07-2026, 13:08
Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
22-07-2026, 12:59
Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
22-07-2026, 12:56
Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
22-07-2026, 12:30
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
22-07-2026, 12:05
Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord
22-07-2026, 11:00
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
22-07-2026, 10:36
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
22-07-2026, 09:21
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
22-07-2026, 09:02
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
21-07-2026, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır